ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Çinin "Xiaomi" şirkəti çiplərə təxminən 7 milyard dollar sərmayə qoyacaq
Yüksək səviyyəli smartfon çiplərinin hazırlanmasına 50 milyard yuan (6,9 milyard dollar) sərmayə qoyulacaq
Çinin "Xiaomi" şirkəti çiplərə təxminən 7 milyard dollar sərmayə qoyacaq
Çip-Çin
20 may 2025

Şirkətin qurucusu Lei Jun Çinin dövlət başçısı Si Cinpinin texnologiya şirkətləri üçün "özünü təmin etmək" çağırışından sonra yeni sərmayə qoyuluşunu sosial mediada elan edib.

Çinin texnoloji nəhəngi "Xiaomi" şirkətin qurucusu Lei Jun tərəfindən verilən açıqlamaya görə, yüksək səviyyəli smartfon çiplərinin hazırlanmasına 50 milyard yuan (6,9 milyard dollar) sərmayə qoyacaq.

Smartfonlardan tutmuş tozsoranlara və elektrik avtomobillərinə qədər geniş çeşiddə məhsullar təklif edən "Xiaomi" Çinin aparıcı istehlak elektronikası şirkətlərindən biri kimi tanınır.

Şirkətin yaranmasının 15-ci ildönümü ilə əlaqədar sosial mediada paylaşım edən Lei Jun "Çiplər "Xiaomi" üçün yüksək texnologiyalar sahəsində sıçrayışlar etmək üçün fundamental bir yoldur. Ona görə də bütün gücümüzlə çalışacağıq" deyib.

Lei Jun əlavə edib ki, "Xiaomi" "ən azı 10 il davam edəcək sərmayə qoluyuşu və ən azı 50 milyard yuan" əhatə edən plan hazırladı.

"Xiaomi" smartfon yarımkeçirici sahəsinə ilk addımını 2017-ci ildə şirkətin ilk yerli çipi olan "Surge S1"-in təqdimatı ilə atıb.

Bununla belə, qrup texniki və maliyyə çətinliklərinə görə çipin istehsalını dayandırmaq məcburiyyətində qalıb və o vaxtdan diqqətini digər hissələrə və elektrik avtomobillərə yönəldib.

Lei Jun mayın 19-da verdiyi açıqlamada "Bu, bizim "qaranlıq tariximiz" deyil. Bu, getdiyimiz yoldur" deyib.

Milyarder sahibkarın dediyinə görə, "Xiaomi"nin çip inkişafı proqramı 2021-ci ildən bəri 2500-dən çox işçidən ibarət komanda üçün 13,5 milyard yuan tədqiqat və inkişaf maliyyəsi alıb.

ABŞ texnologiya məhdudiyyətlərinə baxmayaraq

Bu açıqlama həm Çin, həm də ABŞ-ın ən qabaqcıl komponentlərə girişi təmin etməyə çalışdığı bir vaxta təsadüf edir.

"Xiaomi"nin həmişə" çip xəyalı olub. Bu yolda davam edən kəşfiyyatımızı dəstəkləmək üçün hər kəsdən bir az daha vaxt və səbr istərdim", -deyə o qeyd edib.

Bu rəqabət qarşısında bir çox Çin şirkəti xarici təchizatçılardan asılılıqdan qurtulmaq üçün öz çiplərini inkişaf etdirmək üçün yarışır.

"Xiaomi"nin rəqibi texnologiya nəhəngi "Huawei" 2023-cü ildə mütəxəssislərin xarici texnologiyalar olmadan istehsal edilə bilməyəcəyini söylədiyi çipli yüksək performanslı smartfon təqdim etdi. Bu, ABŞ-ın qadağalarının effektivliyinə dair suallar doğurdu.

"Ubi" müşavirlik firmasının baş direktoru Paskal Viaud AFP-yə bildirib ki, bu addım “Qualcomm" kimi Amerika şirkətləri ilə rəqabət apara biləcək yeni çempionların meydana çıxmasına səbəb ola bilər.

Pekin həmçinin şirkətləri xarici texnologiyalardan asılılığı azaltmağa təşviq edir.

Keçən ay Çinin dövlət başçısı Si Cinpin şirkətləri sektorda “özünü təmin etmək” axtarmağa çağırdı.

Araşdırma
Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görüldü
"Türkiye İnnovation Week" tədbirində süni intellekt və media müzakirə edilib
2025 Nobel tibb mükafatı “periferik immunitet tolerantlığı”nın kəşfinə verildi
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
“YouTube” Trampın hesabının dayandırılması işini həll etmək üçün 24,5 milyon dollar ödəyəcək
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
“Polad günbəz” sistemi TEKNOFEST-də böyük maraq doğurdu
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
ÜTT: “Süni intellekt 2040-a qədər qlobal ticarəti 40% artıra bilər”
İstanbul TEKNOFEST festivalına ev sahibliyi edir
Milyonlara təsir edən nasazlıqdan sonra "Google" xidmətləri yenidən onlayn rejimdə işləyir
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
Türkiyə İstanbulda təşkil edilən keçid mərasimində "Mavi Vətən" doktrinasını ön plana çıxardı
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
Dənizçiliyə həsr olunmuş TEKNOFEST İstanbulda start verib
NVIDIA insanabənzər robotlar üçün "T5000" çipini təqdim etdi
Türkiyə “Şimşək” adlı yüksək sürətli PUA sistemini uğurla sınaqdan keçirdi
Canlı yayım faciəsi rəqəmsal platformaların məsuliyyətini gündəmə gətirdi
Əminə Ərdoğan da “NEXT Sosial” platformasına qoşuldu
Ərdoğan "NEXT Sosyal" media platformasında ilk paylaşımını etdi