İQTİSADİYYAT
2 dəqiqə oxuma
Türkiyənin 2025-ci il üzrə yüksək texnologiya ixracında aviasiya və kosmik sektor lider olub
Yüksək texnologiyalı məhsulların ixracı 9,9 milyard dollara çatıb
Türkiyənin 2025-ci il üzrə yüksək texnologiya ixracında aviasiya və kosmik sektor lider olub
Türkiyənin 2025-ci il üzrə yüksək texnologiya ixracında aviasiya və kosmik sektor lider olub / AA
10 saat əvvəl

Türkiyə Statistika Qurumunun (TÜİK) verdiyi məlumata görə, Türkiyənin yüksək texnologiyalı məhsullar üzrə ixracı 2025-ci ildə 9,9 milyard dollar təşkil edib, bunun 4 milyard dolları aviasiya və kosmik vasitələrdən əldə olunub.

Məlumata əsasən, Türkiyənin yüksək texnologiyalı məhsullar ixracı 2021-ci ildə 6,4 milyard dollar, 2022-ci ildə 7,4 milyard dollar, 2023-cü ildə 9,1 milyard dollar, 2024-cü ildə 8,8 milyard dollar, 2025-ci ildə isə 9,1 milyard dollar olub. Bu göstərici 2021-ci illə müqayisədə ötən il üzrə 53,7 faiz artımı əks etdirir.

Hesabata görə, təyyarə və kosmik aparatların istehsalı ötən il yüksək texnologiyalı məhsulların ixracında ən böyük paya malik olub və 4 milyard dollardan bir qədər artıq həcm formalaşdırıb.

Aviasiya ixracını 3,3 milyard dollarla kompüter, elektron və optik məhsulların istehsalı, 2,5 milyard dollarla isə əsas dərman vasitələri və əczaçılıq məhsulları izləyib.

Digər tərəfdən, TÜİK-in məlumatına görə, Türkiyənin orta-yüksək texnologiyalı məhsullar üzrə ixracı 2025-ci ildə illik əsasda 10,6 faiz artaraq 102 milyard dolları ötüb.

Orta-yüksək texnologiyalı ixrac məhsulları arasında ən böyük payı 38,9 milyard dollarla nəqliyyat vasitələri təşkil edib. Bu göstəricidən sonra 19,8 milyard dollarla elektrik avadanlıqlarının istehsalı, 18,57 milyon dollarla başqa yerdə təsnif edilməyən maşın və avadanlıqlar, 18,54 milyon dollarla isə kimyəvi maddələr və kimyəvi məhsullar yer alıb.

Ümumilikdə, Türkiyənin orta-yüksək və yüksək texnologiyalı məhsullar üzrə ixracı 2025-ci ildə 112 milyard dollara çatıb. Emal sənayesi ixracı 2021-ci ildə 36,4 faiz, 2022-ci ildə 36,9 faiz, 2023-cü ildə 40,3 faiz, 2024-cü ildə isə 41 faiz artaraq ümumi ixracın 43,5 faizini təşkil edib.

MƏNBƏ:TRT