İşğal altındakı Şərqi Qüdsdə xristian icmasına qarşı artan sistematik nifrət cinayətlərinə bir yenisi əlavə edilib. "The Times of Israel" qəzetinin məlumatına görə, 36 yaşlı bir kişi Qüdsdəki Fransız Müqəddəs Kitab və Arxeoloji Tədqiqatlar Məktəbində çalışan rahibəyə hücum edib. Hücum nəticəsində rahibə baş nahiyəsindən xəsarət alıb.Məktəbin direktoru Olivye Pokillon baş verənləri sərt şəkildə pisləyərək, İsrail hakimiyyətindən xristian din xadimlərinin təhlükəsizliyinin təmin edilməsi üçün təcili addımlar atmağı tələb edib.
İsrail polisi şübhəlinin saxlanıldığını, Xarici İşlər Nazirliyi isə hadisənin dini azadlıq prinsiplərinə zidd olduğunu və araşdırıldığını bəyan edib.
Bu hadisə bölgədə xristianlara və onlara məxsus müqəddəs rəmzlərə qarşı törədilən ilk fakt deyil. Aprelin 19-da Livanın cənubunda bir İsrail əsgərinin İsa Məsihin heykəlini dağıtmasını əks etdirən görüntülərin yaratdığı gərginlik hələ də davam edir. Hazırda Qəzza zolağından tutmuş Şərqi Qüdsə qədər geniş bir ərazidə xristian icmaları mütəmadi olaraq radikal qrupların fiziki hücumlarına, müqəddəs yerlərin təhqir olunmasına və sistematik nifrət hərəkətlərinə məruz qalırlar. Yerli xristian liderlər bu hücumların bölgədəki xristian varlığına qarşı yönəlmiş sistematik bir təzyiq dalğası olduğunu vurğulayırlar.











