SİYASƏT
1 dəqiqə oxuma
Çin Donald Tramp-Si Cinpin görüşdən əvvəl ABŞ-a çağırış etdi
Çinin vitse-prezidenti Han Zenq Cənubi Koreyada Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüşdən əvvəl ABŞ-ı “tərəfdaşlığa və dostluğa” çağırıb
Çin Donald Tramp-Si Cinpin görüşdən əvvəl ABŞ-a çağırış etdi
Çin Donald Tramp-Si Cinpin görüşdən əvvəl ABŞ-a çağırış etdi
22 oktyabr 2025

Çinin vitse-prezidenti Han Zenq Cənubi Koreyada Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüşdən əvvəl ABŞ-ı “tərəfdaşlığa və dostluğa” çağırıb.

Han Zenq bildirib ki, iki ölkə “tərəfdaş və dost” ola bilər və olmalıdır, çünki onların ortaq maraqları və əməkdaşlıq üçün perspektivləri mövcuddur.

CGTN telekanalının məlumatına görə, Han Zenq bu fikirləri ABŞ-ın Oreqon ştatı Senatının sədri vəzifəsini icra edən senator Rob Vaqnerlə görüşü zamanı səsləndirib.

O, ABŞ-ın Çinlə qarşılıqlı hörmət, sülh şəraitində birgəyaşayış və qarşılıqlı qazan-qazan prinsiplərinə əsaslanan əməkdaşlıq ruhunda işləyəcəyinə ümid etdiyini bildirib. Han Zenq həmçinin dünyanın iki ən böyük iqtisadiyyatı olan Çin və ABŞ-ın bu yeni dövrdə qarşılıqlı əlaqənin doğru yolunu birgə araşdıracağına və bunun həm ölkələrə, həm də dünya ictimaiyyətinə fayda verəcəyinə inandığını deyib.

Vitse-prezident senator Rob Vaqner və digər qanunvericilərin iki ölkə arasında ünsiyyət və qarşılıqlı əlaqəni davam etdirəcəyinə, insanlar arasında münasibətləri daha da dərinləşdirəcəyinə və yerli səviyyədə Çin-ABŞ əməkdaşlığının təşviqində nümunəvi rol oynayacaqlarına ümid etdiyini də vurğulayıb.

Rob Vaqner isə öz növbəsində yerli səviyyədə əməkdaşlığın vacibliyini qeyd edərək, Oreqon ştatında Çinlə “dostluq əməkdaşlığının” gücləndirilməsi məqsədilə qanun layihəsinin qəbul edildiyini bildirib.

Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb