DÜNYA
2 dəqiqə oxuma
Ukrayna iki cəbhə bölgəsində əhalinin təxliyəsinə başladı
2022-ci ildə müharibənin başlamasından bəri Ukraynada milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb
Ukrayna iki cəbhə bölgəsində əhalinin təxliyəsinə başladı
Ukrayna iki cəbhə bölgəsində əhalinin təxliyəsinə başladı / Reuters

Rusiya qoşunlarının irəlilədiyi cəbhə xətti boyunca yerləşən Zaporojya və Dnipropetrovsk bölgələrində minlərlə uşaq və onların ailələrinin təxliyəsinə qərar verilib. Bu barədə Ukraynanın Yenidənqurma naziri Oleksiy Kuleba dekabrın 2-də “Telegram” üzərindən yaydığı açıqlamada bildirib.

Nazir qeyd edib ki, təhlükəsizlik vəziyyətinin ağırlaşması səbəbindən Zaporojya və Dnipropetrovsk bölgələrində cəbhə xəttinə yaxın 44 yaşayış məntəqəsindən 3 mindən çox uşaq və onların valideynlərinin məcburi təxliyəsi barədə qərar qəbul edilib. Təxliyə prosesi Rusiyanın bombardmanlarının hədəfində olan və Moskva rəhbərliyinin müttəfiqi Belarusla sərhəddə yerləşən Çerniqov bölgəsində də davam etdirilir.

O.Kulebanın sözlərinə görə, ötən ilin iyun ayından etibarən cəbhə bölgələrindən daha təhlükəsiz ərazilərə ümumilikdə 150 min nəfər köçürülüb. Təxliyə olunanlar arasında təxminən 18 min uşaq, eləcə də hərəkət imkanları məhdud olan 5 mindən çox şəxs var.

Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında başladığı hərbi əməliyyatlardan sonra Ukraynanın əsas sənaye bölgələrindən biri olan Dnipropetrovsk istiqamətində irəliləyişini davam etdirir. Cənubdakı Zaporojya bölgəsində isə Rusiya qüvvələrinin irəliləyişi şərq cəbhəsi ilə müqayisədə daha məhdud olsa da, son aylarda bu istiqamətdə də sürətlənmə müşahidə olunur.

Bundan əlavə, rəsmi Moskva son dövrlərdə hər iki bölgədə yeni yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü iddia edir. Rusiya 2022-ci ilin sentyabrında Zaporojya, Donetsk, Luqansk və Xerson bölgələrini ilhaq etdiyini elan etsə də, həmin ərazilərin hamısında tam hərbi nəzarətin təmin olunduğunu iddia etməyib.

MƏNBƏ:TRT
Araşdırma
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı
İsrail Qəzzaya ağır zərbələr endirdi, həlak olanlar var
Fridrix Merts: "Rusiya sülh danışıqlarına hazır deyil"
Rusiya və Ukraynanın qarşılıqlı hücumlarında mülki şəxslər həlak olub
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlayıb