TÜRKİYƏ
3 dəqiqə oxuma
Sıfır Tullantı Festivalında ziyarətçi sayı 400 mini ötüb
Bu barədə Sıfır Tullantı Fondunun rəhbəri Samed Ağırbaş məlumat verib
Sıfır Tullantı Festivalında ziyarətçi sayı 400 mini ötüb
Sıfır Tullantı Festivalında ziyarətçi sayı 400 mini ötüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Görkəmli Şəxslər Məsləhət Şurasının sədri və Sıfır Tullantı Fondunun fəxri rəhbəri Əminə Ərdoğanın himayəsi altında, Sıfır Tullantı Fondu ilə Energetika və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil edilən "Sıfır Tullantı Festivalı 2026" üçüncü günündə də fəaliyyətini davam etdirib.

TRT-nin rəsmi media sponsoru olduğu və Atatürk Hava Limanında keçirilən festival barədə açıqlama verən Sıfır Tullantı Fondunun rəhbəri və COP31 Yüksək Səviyyəli İqlim çempionu Samed Ağırbaş deyib: "Festivalımıza qatılanların sayı bu gün etibarilə 400 mini keçib. Bu gecə isə bu rəqəmin 500 mini ötəcəyini hədəfləyirik. Sabah da böyük bir kütlənin iştirak edəcəyini proqnozlaşdırırıq. Sıfır Tullantı Forumumuzda da 183 ölkədən iştirakçı var. Yüksək səviyyəli iştirakla həm forumumuzu, həm də festivalımızı uğurla həyata keçiririk."

Əminə Ərdoğanın himayəsində icra olunan sıfır tullantı fəaliyyətlərinin beynəlxalq müstəvidə böyük maraq doğurduğunu qeyd edən S.Ağırbaş əlavə edib: "Hörmətli Əminə Ərdoğanın dəvəti ilə bura 183 ölkədən nümayəndələr gəlib. Nazirlər, keçmiş dövlət başçıları və beynəlxalq təşkilatların təmsilçiləri Sıfır Tullantı Forumu vasitəsiylə dünyanın gələcəyini müzakirə edirlər.

“İstanbul Sıfır Tullantı Həftəsi”nin sabah başa çatacağını xatırladan S.Ağırbaş deyib: "Bu çərçivədə ümumilikdə 5 milyondan çox vətəndaşımız tədbirlərimizə qatılmış olacaq. 16 milyonluq İstanbul əhalisi gözəl bir təsir yaratdı. Biz bunun davamlı olmasını və burada başlayan hərəkatın dünyanın gələcəyinə təsir göstərməsini arzulayırıq."

 

Enerji ehtiyacını tamamilə bərpa olunan enerjidən qarşılayan ilk festival

Festivalın təşkili prosesində davamlılıq prinsiplərinin əsas götürüldüyünü vurğulayan S.Ağırbaş çıxışını bu sözlərlə davam etdirib:

"Biz Sıfır Tullantı Festivalını tamamilə tullantılardan təmizlənmiş, təkrar emal olunmuş və bütün enerji tələbatını bərpa olunan enerji mənbələrindən təmin edən bir platforma kimi qurduq. Bu, Türkiyədə ehtiyaclarını tamamilə bərpa olunan enerjidən qarşılayan ilk festival oldu. Buradakı bütün enerjimizi bərpa olunan enerji mənbələrindən əldə etdik. Bu festivalı Energetika və Təbii Sərvətlər Nazirliyimizlə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirdik. Bu səbəbdən onlara öz təşəkkürümü və dərin şükranlığımı bildirirəm. Türkiyənin enerji sahəsindəki transformasiya prosesində mühüm layihələri mövcuddur."

Bərpa olunan enerji ilə keçirilən bu festival modelinin daha da yayılması üçün işlər apardıqlarını qeyd edən S.Ağırbaş, Sıfır Tullantı Fondu olaraq həm Türkiyədə, həm də dünyanın fərqli regionlarında məsləhət xidmətləri göstərdiklərini bəyan edib. O, bu çərçivədə gələcəkdə təşkil olunacaq festivallarda da enerji ehtiyacının bərpa olunan mənbələrdən qarşılanmasını təşviq edəcəklərini diqqətə çatdırıb.

Sıfır Tullantı Festivalı ərazisində yaranan tullantıların yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə yerindəcə çeşidləndiyini bildirən S.Ağırbaş orqanik tullantıların gübrəyə çevrildiyini, digər tullantı növlərinin isə qruplaşdırılaraq birbaşa təkrar emal zavodlarına göndərildiyini diqqətə çatdırıb.

 

Plastik (PET) şüşələrdən istifadə olunmayıb, ziyarətçilərə termos paylanılıb

Festivalda plastik (PET) şüşələrdən istifadəyə icazə verilmədiyini vurğulayan S.Ağırbaş deyib: "Ziyarətçilərə şüşə termoslar paylanıldı. Vətəndaşlarımız su ehtiyaclarını məhz bu termoslar vasitəsilə təmin etdilər. Biz bu cür layihələrlə məhdudlaşmayacağıq. Növbəti dövrdə həyata keçirəcəyimiz bütün fəaliyyətlərdə bu sistemi daha da genişləndirməyi hədəfləyirik. Ümid edirik ki, bu addım həm Türkiyə, həm də bütün dünya üçün gözəl bir nümunə olacaq."

Samed Ağırbaş çıxışının sonunda Sıfır Tullantı Festivalı və Sıfır Tullantı Forumunu 500-dən çox tərəfdaşla birlikdə təşkil etdiklərini də sözlərinə əlavə edib.

MƏNBƏ:TRT
Araşdırma
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Türkiyə Kanadadakı hərbi bazada baş verən partlayışla bağlı bu ölkəyə başsağlığı verdi
Rəcəb Tayyib Ərdoğan: "Bu gün enerji sahəsində yeni bir səhifə açırıq"
Türkiyə İsrailin beynəlxalq hüquq pozuntularına qarşı beynəlxalq fəaliyyətə çağırıb
Hakan Fidan CICA Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında iştirak edəcək
İspaniya milli reaktiv təyyarəmiz "Hürjet"ə böyük maraq göstərir
Prezident Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanının yanındadır"