DÜNYA
1 dəqiqə oxuma
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib
İşğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində fələstinli Fəthi Hazim İsrail əsgərlərinin açdığı atəş nəticəsində həlak olub
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib

İşğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində fələstinli Fəthi Hazim İsrail əsgərlərinin açdığı atəş nəticəsində həlak olub. Həkimlərin əraziyə buraxılmaması səbəbindən ağır yaralanan F.Hazim qanitkisindən həyatını itirib.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri Cenin şəhər mərkəzində Fəthi Hazimin evinə basqın təşkil edib. Basqın zamanı hərbçilər ona atəş açıblar. Təcili yardım maşınlarının əraziyə buraxılmaması səbəbindən yaralıya tibbi yardım göstərmək mümkün olmayıb. İsrail əsgərləri daha sonra fələstinlinin nəşini də özləri ilə aparıblar.

İsrail rəsmiləri hadisə ilə bağlı hələlik heç bir bəyanat yaymayıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında başlayan hərbi əməliyyatlardan bəri İsrail ordusunun İordan çayının qərb sahili və Şərqi Qüdsdə keçirdiyi basqın və hücumların sayı kəskin artıb.