DÜNYA
2 dəqiqə oxuma
BMT: ABŞ-İsrailin İrana qarşı müharibəsi daha 45 milyon insanı kəskin aclığa sürükləyə bilər
BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) verdiyi bəyanata görə, müharibənin səbəb olduğu qiymət artımları qlobal aclıq səviyyələrini rekord həddə çatdıra bilər ki, bu da...
BMT: ABŞ-İsrailin İrana qarşı müharibəsi daha 45 milyon insanı kəskin aclığa sürükləyə bilər
BMT-nin Ümumdünya Ərzaq Proqramı / Reuters

BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) verdiyi bəyanata görə, müharibənin səbəb olduğu qiymət artımları qlobal aclıq səviyyələrini rekord həddə çatdıra bilər ki, bu da humanitar yardımın maliyyələşdirilməsini çətinləşdirə bilər.

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, Yaxın Şərq müharibəsi iyun ayına qədər davam edərsə, əlavə 45 milyon insan kəskin aclıqla üzləşə bilər və dünya miqyasında bu rəqəm "dəhşətli" səviyyəyə yüksələ bilər.

Müharibə üçüncü həftəsində yüzlərlə insanın ölümünə səbəb olub. İranın İsrail və Körfəz ölkələrinə qarşı cavab zərbələri endirməsi, Livanda isə İsrail ilə Hizbullah arasında yeni cəbhənin açılması ilə vəziyyət daha da gərginləşib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktor müavini Karl Skau martın 17-də Cenevrədə keçirilən mətbuat konfransında deyib: "Əgər Yaxın Şərq münaqişəsi iyun ayına qədər davam edərsə, qiymət artımları səbəbindən əlavə 45 milyon insan kəskin aclığa sürüklənə bilər. Bu, qlobal aclıq səviyyələrini bütün zamanların rekorduna çatdıracaq və bu, çox, çox dəhşətli bir ehtimaldır. Hazırda onsuz da tarixi rekord hədd olan 319 milyon insan kəskin qida çatışmazlığı ilə üz-üzədir. Həqiqətən də, bu, vəziyyəti tamamilə başqa bir səviyyəyə aparıb çıxarır".

Skau qeyd edib ki, WFP fevralın 28-də müharibə başlamazdan əvvəl əsasən bir “güclü fırtına" ilə üz-üzə idi. O, bunun ekstremal hava hadisələri, münaqişələr və bəzi bölgələrdə aclıq elan edilməsi ilə daha da fəlakətli hala gəldiyini vurğulayaraq, "Aclıq heç vaxt bu qədər şiddətli olmamışdıı. Eyni zamanda, resurslar 2023 və 2024-cü illərin səviyyəsindən kəskin şəkildə azalıb” deyib.

Heyət sayında ixtisarlar etmək və əməliyyatları sadələşdirmək məcburiyyətində qaldıqlarını deyən Skau, "əslində imkanlarımızın son həddinə qədər sıxılmış vəziyyətdəyik" deyə bildirib.

O, Yaxın Şərq müharibəsinin WFP-nin əməliyyatlarını daha baha başa gətirdiyini qeyd edib.

Skau agentliyin tədarük zəncirindəki fasilələrlə mübarizə aparmağa çalışdığını, lakin xüsusilə yanacaq qiymətlərindəki artım və daha uzun marşrutlar səbəbindən əməliyyat xərclərinin kəskin yüksəldiyini söyləyib.

Araşdırma
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı
İsrail Qəzzaya ağır zərbələr endirdi, həlak olanlar var
Fridrix Merts: "Rusiya sülh danışıqlarına hazır deyil"
Rusiya və Ukraynanın qarşılıqlı hücumlarında mülki şəxslər həlak olub
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlayıb
İran ABŞ-nin İordaniyadakı hərbi bazasını hədəf alıb
Yeni Zelandiya İsraili İordan çayının qərb sahilində qanunsuz məskunlaşmanı dayandırmağa çağırıb
Rusiya qüvvələri Kiyevə ağır zərbələr endirdi, ölən və yaralananlar var
Səudiyyə Ərəbistanı husilərin ölkəyə hücumları nəticəsində 73 nəfərin yaralandığını açıqlayıb
İsrail qüvvələri Suriyanın cənubunu növbəti dəfə atəşə tutub
İsrailin müxalif deputatı B.Netanyahunu istefaya çağırıb
İsrailin "The Jerusalem Post" qəzetinin yaydığı məqalə böyük qalmaqala səbəb olub
İsrail ordusu Livana ağır zərbələr endirdi, ölənlər və yaralananlar var
Rusiya: Ukraynada hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzini, gəmiləri, limanları vurduq
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq