DÜNYA
1 dəqiqə oxuma
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 47-ci sammiti öz işinə başladı
Liderlər sammit çərçivəsində Şərqi Timoru təşkilatın 11-ci üzvü kimi qəbul etdilər
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 47-ci sammiti öz işinə başladı
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 47-ci sammiti öz işinə başladı
26 oktyabr 2025

Oktyabrın 26-da Malayziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 47-ci sammiti öz işinə başladı. Sammit çərçivəsində liderlər Şərqi Timoru təşkilatın 11-ci üzvü kimi qəbul etdilər.

Malayziyanın Baş naziri Ənvər İbrahimin ev sahibliyində keçirilən sammit oktyabrın 28-dək davam edəcək. Qeyd edək ki, Malayziya 1967-ci ildən bəri beşinci dəfə ASEAN-a sədrlik edir.

Liderlər Kuala Lumpur Konqres Mərkəzində Şərqi Timorun rəsmi üzv kimi qəbul edilməsi ilə bağlı keçirilən imza mərasimində iştirak etdilər. Şərqi Timor 2011-ci ildə üzvlük üçün müraciət etmiş və 2022-ci ildə müşahidəçi statusu almışdır.

ASEAN-ın hazırkı üzvləri Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamdır. Təşkilat 1967-ci il avqustun 8-də Banqkokda yaradılıb.

Sammit “İnklüzivlik və Davamlılıq” mövzusunda keçirilir. Malayziyanın Baş naziri Ənvər İbrahim tədbirdə ASEAN-a üzv dövlətlərin liderlərini, yüksək vəzifəli şəxsləri, həmçinin ABŞ, Cənubi Afrika, Braziliya, Çin, Yaponiya, Cənubi Koreya və digər əsas tərəfdaş ölkələrin rəsmilərini qəbul edir.

ABŞ prezidenti Donald Tramp da sammitdə iştirak edir və Ənvərlə birlikdə iyul ayında Kamboca ilə Tayland arasında baş vermiş sərhəd toqquşmalarını sona çatdıran sülh müqaviləsinin imza mərasimində iştirak edəcək.

2002-ci ildə müstəqillik qazanan Şərqi Timorun əhalisi təxminən 1,3 milyon nəfərdir.

Araşdırma
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”