TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində ikitərəfli görüşlərini davam etdirir
Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində ikitərəfli görüşlərini davam etdirir
Prezident Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində ikitərəfli görüşlərini davam etdirir
Prezident Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində ikitərəfli görüşlərini davam etdirir / TRT Azerbaycan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində ikitərəfli görüşlərini davam etdirir.

Noyabrın 10-da bir çox lideri qəbul edən Prezident Ərdoğan dünen de Çin Sədrinin müavini Han Jenq ilə görüşüb. Görüşdə Türkiyənin xarici işlər, səhiyyə, sənaye və texnologiya, ticarət nazirləri, MİT rəhbəri və digər rəsmi şəxslər iştirak ediblər.

Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Prezident Ərdoğan dünən BMT Baş katibi Antonio Quterreş ilə görüşündə COP31 Sədrliyindən məmnunluğunu ifadə edib, həmçinin İran-ABŞ gərginliyinin diplomatiya yolu ilə həlli, Ukrayna-Rusiya müharibəsinin sona çatdırılması, eləcə də Qəzza, Kıbrıs və Liviyadakı son vəziyyəti müzakirə edib.

Sammit çərçivəsində Ərdoğan Efiopiyanın Baş naziri Abiy Əhmədi qəbul edərək, ikitərəfli münasibətləri nəzərdən keçirib və Efiopiyanı COP32-yə ev sahibliyi edəcəyi münasibətilə təbrik edib.

Səudiyyə Ərəbistanının Energetika Naziri Əbdüləziz bin Salman Al Səud ilə görüşdən sonra isə iki ölkə arasında Elektrik Layihələrində Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, bu sənədlə 5 min meqavatlıq bərpa olunan enerji layihələrinin 3 min meqavatlıq ikinci mərhələsinə start verilib.

Prezident Ərdoğan Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündə ticarət və müdafiə sənayesi başda olmaqla əməkdaşlığın genişləndirilməsini, həmçinin COP30-dan COP31-ə ötürülən iqlim gündəliyini müzakirə edib.

Banqladeşin Baş naziri Tariq Rəhman ilə görüşdə ikitərəfli əlaqələr, Koks-Bazardakı humanitar vəziyyət və iqlim dəyişikliyi ilə mübarizə layihələri diqqət mərkəzində olub.

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşdə isə enerji, ticarət və müdafiə sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi vurğulanıb, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv kimi qoşulması arzusu ifadə edilib.