DÜNYA
1 dəqiqə oxuma
Rusiya qüvvələrinin Xersona təşkil etdiyi hücumda iki nəfər həlak olub
Kiyev rəhbərliyi Rusiya qüvvələrini mülki şəxslərə qarşı qəsdən və sistemli dron hücumları həyata keçirməkdə günahlandırıb
Rusiya qüvvələrinin Xersona təşkil etdiyi hücumda iki nəfər həlak olub
Rusiyanın Xersona təşkil etdiyi hücumda iki nəfər həlak olub / Reuters

Ukrayna dövlət rəsmiləri ölkənin cənubundakı Xerson şəhərində avtobusa təşkil edilən Rusiyaya məxsus dron hücumu nəticəsində iki nəfərin öldüyünü, yeddi nəfərin isə yaralandığını açıqlayıblar.

Bölgə qubernatoru Oleksandr Prokudin “Telegram” kanalında etdiyi açıqlamada zərər çəkənlərin əksəriyyətinin kommunal xidmət işçiləri olduğunu bildirib. O, hadisə yerindən paylaşdığı görüntülərdə şüşələri partlamış avtobusu və qan izləri olan bir meyiti göstərib.

Ukraynanın İnsan Hüquqları üzrə Ombudsmanı Dmitro Lubinets hadisəylə bağlı  “Telegram”da etdiyi açıqlamada deyib: “Bu cür hücumlar mülki əhaliyə qarşı sistemli terror siyasətinin bir hissəsidir.”

Rusiya qüvvələrinin ələ keçirdiyi yeganə regional mərkəz olan Xerson 2022-ci ildə Ukrayna hərbçiləri tərəfindən geri alınsa da, şəhər Dnepr çayının qarşı sahilində yerləşən Rusiya qüvvələrinin hücumlarına getdikcə daha çox məruz qalır.

Ukrayna rəsmiləri Rusiya qüvvələrini cəbhə xəttinə yaxın ərazilərdə, xüsusilə də Xersonda mülki şəxslərə qarşı qəsdən və sistemli kiçik dron hücumları təşkil etməkdə günahlandırırlar.

Həmçinin son bir neçə aydır demək olar ki, hər gün Rusiya hücumlarının hədəfi olan Odessa bölgəsi də gecə boyu hücuma məruz qalıb. Bölgə qubernatoru Oleq Kiper “Telegram” kanalındada etdiyi açıqlamada bir limanda anbarın və ətrafdakı binaların zərər gördüyünü bildirib.

Bununla yanaşı Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə ərzində buraxdığı 163 uzun mənzilli drondan 142-ni məhv etdiyini açıqlayıb.

MƏNBƏ:TRT
Araşdırma
Rusiya: Ukraynada hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzini, gəmiləri, limanları vurduq
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub