TÜRKİYƏ
1 dəqiqə oxuma
A.Bayraktar:"Qlobal böhranlar enerji təhlükəsizliyinin vacibliyini ortaya qoyur"
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, ölkə yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində üç əsas istiqamətə diqqət yetirir
A.Bayraktar:"Qlobal böhranlar enerji təhlükəsizliyinin vacibliyini ortaya qoyur"
A.Bayraktar:"Qlobal böhranlar enerji təhlükəsizliyinin vacibliyini ortaya qoyur"

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, ölkə yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində üç əsas istiqamətə diqqət yetirir. Nazirin sözlərinə görə, bura enerji təchizatı təhlükəsizliyi, enerji müstəqilliyi və 2050-ci illərin əvvəlinə qədər karbon emmisiyalarının sıfıra endirilməsi daxildir.

A.Bayraktar qeyd edib ki, son illərdə dünyada yaşanan qeyri-müəyyənliklər və Yaxın Şərqdəki müharibə ilə bağlı son böhran enerji təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha göstərib.

Dünyanın sürətlə elektrikləşməyə yönəldiyini ifadə edən Alparslan Bayraktar bu məsələnin COP31 sammitinin əsas mövzularından biri olduğunu xatırladıb. O, süni intellekt, məlumat mərkəzləri, elektromobillər və soyutma sistemləri səbəbindən qarşıdakı dövrdə elektrik enerjisinə tələbatın artmaqda davam edəcəyini vurğulayıb.

Nazir bu prosesdə nüvə enerjisinin Türkiyə üçün strateji əhəmiyyət kəsb etdiyini bildirərək emissiyasız elektrik istehsalı üçün ölkənin mütləq nüvə elektrik stansiyaları tikməli olduğunu qeyd edib. A.Bayraktar bildirib ki, Türkiyə artan enerji tələbatını ödəmək üçün bərpa olunan enerji potensialını sürətlə artırır və enerji səmərəliliyi sahəsindəki layihələrə xüsusi diqqət yetirir.

Araşdırma
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
15 iyul 2016-cı ildə nələr baş verdi?
Hakan Fidan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın sammitinə qatılıb
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək
Cevdet Yılmaz:''Dövlətimizin bütün qurumları bu ağır sınaqdan lazımi dərsləri çıxarıb''
Türkiyə və Misir müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalayıb
FETÖ nə mənaya gəlir?
Türkiyə ictimaiyyəti “ByLock” tətbiqindən ilk dəfə 15 iyul çevriliş cəhdi zamanı xəbər tutdu
MİT DEAŞ-ın qondarma başçılarından Talip Güləri yaxalayıb
Türkiyə Dəməşqdə Suriya Xalq Məclisinin ilk sessiyasını alqışlayıb
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı
Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi