TÜRKİYƏ
2 dəqiqə oxuma
TOGG Almaniyada yeni modelini təqdim etdi
Şirkət Almaniyada təqdim etdiyi yeni modellərlə Avropa bazarında satışa başlamağı hədəfləyir
TOGG Almaniyada yeni modelini təqdim etdi
Togg / AA
8 sentyabr 2025

Türkiyənin elektrikli avtomobil istehsalçısı TOGG yeni sedan modelini Almaniyada tanıdaraq Avropa bazarında satışlara başlamağa hazırlaşdığını açıqlayıb. Şirkət qitənin ən böyük və rəqabətli avtomobil bazarına daxil olmaqla yeni gəlir imkanları axtarır.

Sentyabrın 8-də (bu gün) “T10X elektrikli SUV” modelinin Avropa təqdimatını keçirən TOGG şirkəti “T10F” adlı beşqapılı elektrikli sedan modelini təqdim edib. Hər iki model üçün ilkin sifarişlərin sentyabrın sonunda Almaniyada başlayacağı bildirilib.

TOGG İdarə Heyətinin sədri Fuat Tosyalı şirkətin Türkiyədə qazandığı uğurun ardından Avropaya açılmasının əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu vurğulayıb. O, istehsal prosesində qarşılaşılan çətinliklərə toxunaraq deyib: “Tarixdə ilk dəfə bütün əqli mülkiyyət hüquqları Türkiyəyə məxsus olan bir avtomobil istehsal etmək, ölkəmizin sənaye tarixinə baxdığınızda bu bir başa meydan oxuma idi. Ancaq biz bunu bacardıq. Şükür ki, heç vaxt geri çəkilmədik, çətinliklər ilə üzləşdikdə həmişə həll yolları tapmağa çalışdıq.”

Qeyd edək ki, hər iki modelin qiymət detalları hələlik açıqlanmayıb. Ötən il TOGG Türkiyədə təxminən 30 min ədəd “T10X elektrikli SUV” satışı həyata keçirib. Bu ilin avqust ayına qədər isə satışlar 42 faiz artaraq təxminən 21 min ədədə çatıb.

Elektrikli avtomobil bazarında uğursuzluğa düçar olan “Fisker”, “Lordstown” və “Arrival” kimi şirkətlər fonunda TOGG-un yüksəlişi diqqət çəkir. Bəzi investorlar hələ də zərərlə işləyən bu şirkətləri maliyyələşdirməyə davam edir.

Bildirilir ki, Amerikanın elektrikli avtomobil istehsalçısı “Lucid”, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondundan təxminən 8 milyard dollar maliyyə dəstəyi alıb. “Volkswagen” isə “Rivian”a investisiya etdiyi 5,8 milyard dollarlıq sərmayə ilə ABŞ şirkətinə mühüm dəstək göstərib.

MƏNBƏ:TRT
Araşdırma
Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian regional gərginliyi müzakirə ediblər
Türkiyə ŞKTC-yə 6 ədəd "F-16" qırıcısı və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
ABŞ və İsrailin İrana qarşı müharibəsində Türkiyənin sərgilədiyi düzgün mövqe
Prezident R.T.Ərdoğan Böyük Britaniyanın Baş naziri K.Starmer ilə telefon danışığı aparıb
R.T.Ərdoğan regional gərginlikləri müzakirə etmək üçün N.Bərzani ilə telefon danışığı aparıb
R.T.Ərdoğan və C.Meloni arasında Yaxın Şərq böhranı ilə əlaqədər telefon danışığı baş tutub
Türkiyə Yaxın Şərqdə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür
Türkiyə dövləti Yaxın Şərqin bəzi ölkələrinə uçuşların ləğv olunması müddətini uzatdı
Türkiyə dövləti Egey adalarının hüquqi statusunun mübahisə mövzusu olmadığını bildirib
Ankara: Mənbəyindən asılı olmayaraq hər hansı təhdidə cavab vermək hüququmuzu saxlayırıq
Türkiyə dövləti “Made in EU” layihəsində yer almaq hüququ qazanıb
NATO Türkiyə istiqamətində irəliləyən İrana məxsus ballistik raketi zərərsizləşdirib
Milli Müdafiə Nazirliyi:''Türkiyə hava məkanına doğru hərəkət edən ballistik raket məhv edilib"
H.Fidan Yaxın Şərqdə baş verən hadisələr haqqında danışıb
R.T.Ərdoğan:''Türkiyə problemləri diplomatiya və dialoq yolu ilə həll etməyə çalışır''
Türkiyə İsraildə saxlanılan ''CNN Türk'' jurnalistlərinin azad edilməsini tələb edib
H.Fidan İrana qarşı törədilən hücumlarla əlaqədar intensiv diplomatik görüşlər keçirib
Ömər Çelik: "İran haqsız və qanunsuz bir hücumla üz-üzədir"
Prezident R.T.Ərdoğan İrandakı qarşıdurmaların dayandırılması çağırışı edib
Türkiyə aviaşirkətləri İran, İraq, Suriya, Livan və İordaniyaya bütün uçuşları dayandırıb