DÜNYA
1 dəqiqə oxuma
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verən silahlı atışma nəticəsində iki nəfər həyatını itirib, aralarında iki polis əməkdaşının da olduğu bir neçə nəfər xəsarət alıb.

Yerli hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, bir nəfər hadisə yerində, digəri isə aparıldığı xəstəxanada həyatını itirib. Yaralıların dəqiq sayı və səhhəti barədə hələlik ətraflı məlumat verilmir.

Polis hücumu törətməkdə şübhəli bilinən şəxsin öldürüldüyünü bildirib. Hadisə ilə bağlı araşdırma davam edir.