DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 73 420-yə çatıb
Qatil İsrail ordusunun oktyabr 2023-cü ildən bəri Qəzzə zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 73 min 420-yə çatıb
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 73 420-yə çatıb
Didərgin düşmüş ailələr Qəzzada İsrail hücumlarından sonra yıxılmış binaların dağıntıları arasında çətin şəraitdə sağ qalmağa çalışırlar.

2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 73 420 nəfərə yüksəlib.

Qəzza Səhiyyə Nazirliyi İsrailin bölgəyə endirdiyi zərbələr nəticəsində qeydə alınan itkilərlə bağlı son statistik göstəriciləri açıqlayıb.

Məlumata görə, son 48 saat ərzində Qəzzadakı xəstəxanalara 1 nəfərin nəşi və 5 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə atəşkəs elan olunduqdan sonra da davam edən İsrail hücumlarında 1 286 nəfər həyatını itirib, 4 257 nəfər yaralanıb, dağıntılar altından isə 813 nəfərin cəsədi çıxarılıb.

Bununla da, 2023-cü ilin oktyabrından bu günədək Qəzza zolağında ölənlərin ümumi sayı 73 420-yə, yaralananların sayı isə 174 369 nəfərə çatıb.

Səhiyyə rəsmiləri dağıntılar altında hələ də minlərlə meytin qaldığını bildirirlər.