DÜNYA
1 dəqiqə oxuma
Marko Rubio və Sergey Lavrov Yəmən ilə Ukrayna məsələlərini müzakirə ediblər
ABŞ Yəmənin paytaxtı Sənaya hava zərbələri endirdi. Hücum nəticəsində azı 20 nəfər öldü
00:00
Marko Rubio və Sergey Lavrov Yəmən ilə Ukrayna məsələlərini müzakirə ediblər
rubio lavrov
17 mart 2025

Amerika Birləşmiş Ştatları Dövlət Katibi Marko Rubio və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ukrayna müharibəsini sona çatdırmaq üçün danışıqların növbəti mərhələsini müzakirə etmək məqsədilə bir araya gəliblər.

Dövlət Departamentinin sözçüsü Temmi Brüsün verdiyi məlumata görə, diplomatlar ABŞ və Rusiya arasında əlaqələrin bərpası üzrə işləri davam etdirmək barədə razılığa gəliblər.

Bəyanatda ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanının ev sahibliyində keçiriləcək növbəti danışıqların nə zaman başlayacağı barədə heç bir məlumat verilməyib.

Marko Rubio həmçinin Yaxın Şərqdəki hərbi fəaliyyətlə bağlı Sergey Lavrovu məlumatlandırıb. O, ABŞ qüvvələrinin Yəməndə husilərə qarşı hücumlar həyata keçirdiyini qeyd edib.

ABŞ Yəməndə hava hücumları həyata keçirərək azı 20 nəfəri qətlə yetirib. ABŞ prezidenti Donald Tramp isə Qırmızı dənizdə gəmilərə hücumların davam edəcəyi təqdirdə "cəhənnəm yağışları"nın yağacağı ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında yaşanan son gərginliklərə baxmayaraq, rəsmi Kiyev, Moskvanın şərqi Ukraynada hücumlarını dayandırması şərti ilə ABŞ vasitəçiliyi ilə 30 günlük şərtsiz atəşkəsə prinsipcə razılıq verib.

Lakin Rusiya prezidenti Vladimir Putin hər hansı bir atəşkəsə razılıq verməyib, əksinə, ABŞ-ın Ukrayna ilə razılaşmasında tələb olunanlardan daha ağır şərtlər irəli sürüb.

MƏNBƏ:TRT Global
Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''