TÜRKİYƏ
2 dəqiqə oxuma
Koreya müharibəsində həlak olan türk əsgərlərinin qalıqları 70 ildən sonra vətənə qaytarılıb
Şəhid olan əsgərlərin qalıqları müəyyən edildikdən sonra rəsmi mərasimlə Türkiyəyə təhvil verilib
Koreya müharibəsində həlak olan türk əsgərlərinin qalıqları 70 ildən sonra vətənə qaytarılıb
Koreya Müharibəsi / AA

Səfir Murat Tamerin sözlərinə görə, 1950–1953-cü illərdə baş vermiş Koreya müharibəsində həlak olan dörd türk əsgərinin qalıqları aşkarlanıb və Türkiyəyə gətirilib. O, “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, ABŞ ilə Şimali Koreya arasında 2011-ci ildə imzalanmış razılaşma çərçivəsində, Türkiyə ordusunun ən ağır itkilər verdiyi Kunuri bölgəsində aparılan qazıntılar zamanı çoxlu sayda insan qalıqları və silah-sursat aşkar edilib.

Qeyd edək ki, Şimali Koreyadakı bu ərazi müharibənin ən şiddətli döyüşlərinin getdiyi bölgələrdən biri olub. Türkiyə Koreya müharibəsinə dörd tabor və ümumilikdə 21 min 212 əsgərlə qatılaraq, ən çox əsgər göndərən dördüncü ölkə olub. Müharibədə iştirak edən 16 ölkə arasında Türkiyə təxminən 900 şəhid və itkinlə ən çox itki verən üçüncü ölkə sayılır. Hazırda Cənubi Koreyanın Busan şəhərindəki Anıt qəbiristanlığında 462 Türkiyə əsgərinin məzarı var.

Tapılan dörd əsgərin qalıqları araşdırma üçün ABŞ-ın Havay ştatındakı elmi mərkəzə göndərilib. Burada aparılan genetik tədqiqatlarda, qalıqlara yapışmış parça hissələri üzərində, həmin dövrdə BMT Komandanlığı altında vuruşan hansı ordunun əsgərlərinə aid ola biləcəyinə dair təfərrüatlı analizlər həyata keçirilib.

COVID-19 pandemiyası səbəbindən araşdırmalarda gecikmələrin yaşanmasına baxmayaraq insan qalıqlarıdan birinin demək olar ki, tam dəqiqliklə türk əsgərinə məxsus olduğu, digər üçünün isə Anadolu mənşəli olduğu müəyyən edilib. Hər bir əsgərə dair ayrıca məlumat kitabçaları hazırlanıb.

Cənubi Koreya Müdafiə Nazirliyinin tabeliyində olan Həlak Olanların Axtarışı Agentliyi (MAKRI) ilə Türkiyənin Cənubi Koreyadakı səfirliyinin hərbi attaşeliyi arasında qurulan əlaqə çərçivəsində, dörd şəhidin qalıqları Havay adasındakı ABŞ bazasından xüsusi təyyarə ilə gətirilib. Onlar Cənubi Koreyadakı Osan ABŞ Hərbi Hava Bazasına çatdırılıb.

M.Tamer bildirib ki, mərasim zamanı qalıqlar Türkiyə bayrağına bürünərək onlara və koreyalı rəsmilərə təhvil verilib. Səfir əlavə edib ki, yekun nəticə üçün ailələrdən DNT nümunələri götürüləcək və bunun üçün Türkiyədə müxtəlif qurumların iştirakı ilə işçi qrupu yaradılıb. Bu qrupun təqdim edəcəyi məlumatlar qalıqlarla müqayisə edilərək şəhidlərin kimliyi tam dəqiqləşdiriləcək.

MƏNBƏ:TRT Global
Araşdırma
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib
Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada keçirilən İkinci Kommunikasiya Şurasında iştirak edib
Türkiyə dövləti İspaniyanın ardından Fransaya da yanğınsöndürən təyyarələr göndərdi
E.Makron Fransaya yanğınsöndürmə təyyarəsi göndərən Türkiyəyə təşəkkür edib
H.Fidan BMT-nin Baş katibi A.Quterreş ilə Kipr, Suriya və bir sıra regional məsələləri müzakirə edib
COP31-də könüllü olmaq istəyənlərin nəzərinə
Prezident R.T.Ərdoğan Ayasofyanın ibadətə açılmasının 6-cı ildönümünü münasibəti ilə paylaşım edib
Türkiyə “Eurofighter” təlimi üçün Böyük Britaniyaya ilk pilotlarını göndərir