DÜNYA
2 dəqiqə oxuma
Çində doğum səviyyəsi 1949-cu ildən bəri ən aşağı həddə enib
Ölkə üzrə əhali azalması dördüncü ildir davam edir
Çində doğum səviyyəsi 1949-cu ildən bəri ən aşağı həddə enib
Çində doğum səviyyəsi 1949-cu ildən bəri ən aşağı həddə enib / Reuters

“Bloomberg”in yanvarın 19-da (bu gün) yaydığı xəbərə görə, Çin Milli Statistika Bürosu tərəfindən açıqlanan rəsmi rəqəmlərə əsasən, ötən il ölkədəki doğumlar 5,6-ya enib və ümumi yeni doğulanların sayı 7,9 milyon təşkil etdib. Bu isə 1,6 milyonluq kəskin geriləmə kimi qiymətləndirilir və 2020-ci ildən bəri ən sərt illik eniş hesab olunur.

Doğum göstəricilərindəki bu geriləmə Çinin ümumi əhalisinin 3,4 milyon nəfər azalmasına səbəb olub və nəticədə ölkə ardıcıl dördüncü ildir ki, illik əhali azalması ilə üzləşib.

Açıqlanan rəqəmlər dövlət başçısı Si Cinpinin doğumun təşviq edildiyi cəmiyyət formalaşdırmaq səylərinə ciddi zərbə kimi qiymətləndirilir. Buna baxmayaraq, Çin hakimiyyəti nağd maliyyə dəstəyi, uzadılmış valideyn məzuniyyəti və digər stimullaşdırıcı tədbirləri həyata keçirməyə davam edir.

Məlumatlara görə, Çin 2024-cü ildə 1980-ci ildən bu yana ən aşağı nikah sayını da qeydə alıb. İl ərzində cəmi 6,1 milyon cütlük evlənib ki, bu da 2023-cü illə müqayisədə 20,5 faiz azalma deməkdir. Eyni zamanda, boşanma göstəriciləri 1,1 faiz artıb.

Doğum səviyyəsindəki eniş doğum yaşında olan qadınların sayının azalması ilə daha da dərinləşib. Bununla yanaşı, gənc nəsillərin sosial və iqtisadi təzyiqlər səbəbindən evlilik və valideynlik qərarlarını gecikdirməsi də əsas amillərdən biri kimi göstərilir.

Pekin hakimiyyəti evlilik və doğum göstəricilərinin azalmasına qarşı müxtəlif siyasətlər tətbiq etsə də, bu tədbirlərin hələlik nəzərəçarpacaq təsiri müşahidə olunmayıb.

Rəsmi məlumatlara əsasən, Çinin əhalisi 2024-cü ildə təxminən 1,4 milyard nəfər olub ki, bu da 2021-ci ildən bəri üçüncü ardıcıl illik azalma deməkdir.

 

Çin iqtisadiyyatı

Digər tərəfdən, rəsmi statistika Çinin iqtisadiyyatının 2025-ci ildə 5 faiz artaraq hökumətin illik iqtisadi böyümə hədəfinə çatdığını göstərir.

Çin Milli Statistika Bürosunun açıqladığı rəqəmlərə görə, ölkənin ümumi daxili məhsulu 140 trilyon yuan (təxminən 20 trilyon ABŞ dolları) səviyyəsinə yüksələrək rekord göstərici qeydə alıb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı zəif daxili tələbat, deflyasiya meyilləri, daşınmaz əmlak sektorunda uzunmüddətli durğunluq və ABŞ-nin tarif siyasətləri ilə bağlı xarici qeyri-müəyyənliklərə baxmayaraq, hökumətin təxminən 5 faizlik hədəfinə uyğun iqtisadi artım təmin edib.

MƏNBƏ:TRT
Araşdırma
Rusiya: Ukraynada logistika mərkəzlərini, limanları və gəmiləri vurduq
Hələbdə hərbi ərazidə baş verən partlayışlarda 4 nəfər xəsarət alıb
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı