ABŞ gələn həftə keçiriliəciək BMT Baş Assambleyasında çıxış etməsi gözlənilən Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib.
Bu barədə "The Times of Israel" qəzetinin ABŞ və Fələstin rəsmilərinə istinadən yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, Mahmud Abbasla yanaşı, BMT Baş Assambleyası üçün ABŞ-yə səfər etməyi planlaşdıran digər Fələstin rəsmilərinin də viza müraciətlərinə müsbət baxılmayıb. Fələstinli rəsmi imtina səbəbinin ABŞ qanunvericiliyində terrorla əlaqəsi olan şəxslərə viza verilməsini qadağan edən maddə ilə bağlı olduğunu deyib. Lakin M. Abbasın müraciətinin məhz bu səbəbdən rədd edilib-edilmədiyi hələlik dəqiqləşməyib.
ABŞ Dövlət Departamenti islahatların həyata keçirilməməsi və sülhə mane olan addımlara görə Fələstin rəsmilərinə viza məhdudiyyətlərini uzadacağını açıqlayıb. Açıqlamada birbaşa Mahmud Abbasa viza verilməməsi məsələsinə toxunulmayıb.



















