TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan: “İsrail sülh planının irəliləməsinə mane olur”
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-da Misir və Qətər rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra verdiyi açıqlamada İsrailin atəşkəs pozuntularının Qəzzada sülh planının irəliləməsinə mane olduğunu bildirib
Hakan Fidan: “İsrail sülh planının irəliləməsinə mane olur”
Hakan Fidan: “İsrail sülh planının irəliləməsinə mane olur” / AA

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-da Misir və Qətər rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra verdiyi açıqlamada İsrailin atəşkəs pozuntularının Qəzzada sülh planının irəliləməsinə mane olduğunu bildirib.

ABŞ, Türkiyə, Misir və Qətər rəsmiləri dekabrın 19-da Mayamidə Qəzzadakı vəziyyəti müzakirə etmək üçün bir araya gəliblər. Görüşlərdə Türkiyəni təmsil edən Hakan Fidan dekabrın 20-də jurnalistlərə müzakirələrin təfərrüatları barədə məlumat verib.

Hakan Fidan qeyd edib ki, Şarm əl-Şeyxdə keçirilən Sülh Zirvəsində əldə edilən razılaşma əsasında hazırlanan Qəzza Sülh Planının yaradılmasından xeyli vaxt keçib. Onun sözlərinə görə, son girovun azad edilməsindən sonra birinci mərhələ başa çatıb və hazırda ikinci mərhələyə keçidin parametrləri müzakirə olunur.

“Dünənki görüş, bəlkə də Şarm əl-Şeyxdən bəri keçirilən ən vacib görüş idi. Açığı, müzakirələrimizi gecə saatlarınadək müxtəlif formatlarda və kontekstlərdə davam etdirdik”,-deyə Hakan Fidan vurğulayıb.

Görüşü “ümidverici” adlandıran Hakan Fidan bildirib ki, tərəflər birinci mərhələdə üzləşdikləri problemləri ətraflı müzakirə etmək imkanı əldə ediblər.

“Xüsusilə Türkiyə olaraq İsrailin atəşkəs pozuntularının sülh planını təhlükə altına qoyduğunu və ikinci mərhələyə keçiddə ciddi risklər yaratdığını açıq şəkildə bildirdik. İsrailin davam edən pozuntuları prosesi son dərəcə çətinləşdirir. Müşahidələrimizə görə bütün tərəflər bu məsələdə həmfikirdir. Biz həmçinin bu pozuntuların qarşısının necə alınacağı ilə bağlı müxtəlif məsləhətləşmələr apardıq’’,-deyə Hakan Fidan qeyd edib.

Hakan Fidan bildirib ki, Qəzzanın yenidən qurulması ilə bağlı ilkin işlər ikinci mərhələyə keçid prosesinə daxil edilib. O, Türkiyənin bu prosesdəki “qırmızı xətlərini” üç əsas prinsip üzrə ümumiləşdirib: Qəzza qəzzalılar tərəfindən idarə olunmalıdır; Qəzzanın ərazi bütövlüyü qorunmalı və heç bir şəkildə bölünməməlidir; Qəzzada görülən bütün işlər qəzzalıların xeyrinə olmalıdır.

Hakan Fidan həmçinin Qəzzanın idarəçiliyinin texnokrat komitəyə verilməsi üçün mümkün vaxt çərçivələrinin, Sülh Şurasının yaradılmasının və paralel olaraq Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin formalaşdırılmasının müzakirə edildiyini qeyd edib.

“Bu görüş Şarm əl-Şeyxdən bəri keçirilən ən vacib toplantıdır’’ deyən Hakan Fidan humanitar yardımın əhəmiyyətinə xüsusi diqqət çəkərək Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələyə son dərəcə həssas yanaşdığını bildirib.

Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib