TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda məlumat verilib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək / AA

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda məlumat verilib.

Hakan Fidanın səfər zamanı Türkiyə ilə BƏƏ arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətini vurğulayacağı gözlənilir. O, regional hadisələrlə bağlı məsləhətləşmələr aparacaq və xüsusilə ABŞ prezidenti Donald Trampın sentyabrın 29-da açıqladığı plandan sonra Qəzzada atəşkəs və sülhün əldə edilməsi səylərinə diqqət yetirəcək.

Hakan Fidan müharibə nəticəsində böyük dağıntılara məruz qalmış Suriyada sabitliyin və yenidən qurulmanın təmin olunması üçün Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayacaq.

Qeyd edək ki, Hakan Fidan sonuncu dəfə BƏƏ-yə mayın 5-də səfər edib və ölkə Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul olunub. Səfər çərçivəsində o, xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə də görüşlər keçirib.

Türkiyə ilə BƏƏ arasındakı ikitərəfli münasibətlərdə son illərdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin iyulunda BƏƏ-yə səfəri zamanı iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Yüksək Səviyyəli Strateji Şuranın (YDSK) yaradılması barədə razılıq əldə olunub.

Araşdırma
Hakan Fidan sabah Kanadaya səfər edəcək
A.Bayraktar:"Qlobal böhranlar enerji təhlükəsizliyinin vacibliyini ortaya qoyur"
A.Uraloğlu:''Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə keçib''
Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib
Prezident Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli Zeydi arasında telefon danışığı olub
Polşa Prezidenti Türkiyəyə səfər edəcək
M.Şimşək:''Enerji sahəsində keçidi sürətləndirərək iqtisadi gücümüzü artırırıq''
Hakan Fidan Qahirədə görüşlər keçirdi
Ö.Bolat:''İtaliya ilə ticarət dövriyyəmiz təxminən 30 milyard dollar səviyyəsindədir''
Türkiyə və Suriya arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Türkiyə ilə Qırğızıstan arasında şəhərsalma sahəsində əməkdaşlıq sazişi imzalanıb
Sinqapur Baş naziri L.Vonq Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib
R.T.Ərdoğan bir sıra ölkələrin Türkiyədəki yeni səfirlərinin etimadnamələrini qəbul edib
Dünya Çempionatı ərəfəsində Los-Ancelesdə "Turkish Vibe Zone" turniri start götürür
Hakan Fidan:"Hörmüz boğazı qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir''
Konyada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdiriləcək
Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb
TUSAŞ gənclərin işləmək üçün ən çox üstünlük verdiyi şirkət seçilib
Türkiyənin paytaxtı Ankarada yeni hava limanı istismara verilib