DÜNYA
1 dəqiqə oxuma
Sudanda qızıl mədəni uçub: ölən və yaralananlar var
Dağıntı altında qalan mədənçilərin xilas edilməsi üçün axtarış işləri aparılır
Sudanda qızıl mədəni uçub: ölən və yaralananlar var
Sudanda qızıl mədəni uçub: ölən və yaralananlar var / Reuters
24 yanvar 2026

Sudan Həkimlər Birliyi yanvarın 23-də açıqlama yayaraq, Sudanın Cənubi Kordofan bölgəsində yerləşən bir qızıl mədəninin uçması nəticəsində altı nəfərin həyatını itirdiyini, 12 nəfərin yaralandığını və onlarla şəxsin hələ də itkin düşdüyünü bildirib. Açıqlamada xilasetmə işlərinin sürətləndirilməsi və yaralılara təcili tibbi yardım göstərilməsi çağırışı edilib.

Qeyri-hökumət təşkilatı həmçinin oxşar fəlakətlərin təkrarlanmaması üçün hökumətin mədənçilərin təhlükəsizliyini təmin edəcək tədbirlər görməsinin vacibliyini vurğulayıb. Təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi, təlimlərin keçirilməsi və mütəmadi yoxlamaların aparılması çağırışı edən təşkilat institusional səhlənkarlığın və qanunların icra olunmamasının mədənçilərin həyatını təhlükə altına atdığını bildirib.

Bəyanatda məsul şəxslərin cavabdehlik daşımalı olduğu və oxşar faciələrin qarşısının alınması üçün konkret addımların atılmasının zəruri olduğu da qeyd olunub.

Kiçikmiqyaslı qızıl mədənçiliyi Sudan üzrə əksər hallarda son dərəcə ağır şəraitdə iki milyondan çox insanı işlə təmin edir və ölkənin ümumi qızıl istehsalının təxminən 80 faizini təşkil edir.

Sudan hökuməti əl əməyinə əsaslanan mədənçiliyi qadağan etmir, lakin onu tənzimləməyə çalışır. Çətinliklərinə baxmayaraq, bu sektor çox sayda Sudan vətəndaşını işlə təmin edir və məşğulluğun artırılmasına töhfə verir.

Qeyd edək ki, Sudan 2011-ci ildə Cənubi Sudanın mütəqillik elan edərək ayrılmasından sonra neft gəlirlərinin dörddə üçünü və valyuta mənbələrinin təxminən 80 faizini itirdikdən sonra, qızıla mühüm valyuta mənbəyi kimi böyük dərəcədə asılı vəziyyətə düşüb.

MƏNBƏ:TRT
Araşdırma
Rusiya hərbi obyektinə dəyən raketin qalıqları səbəbindən yaxınlıqdakı kəndlərdən biri boşaldılıb
Sudanda Nil çayında bərənin aşması nəticəsində on beş nəfər həlak olub
Rusiya Ukraynanın Odessa bölgəsindəki elektrik stansiyasına zərbə endirib
Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Kolumbiyada rekord həddə yağan yağış ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub
Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
İsak Hersoqun Avstraliyaya səfəri zamanı Fələstin tərəfdarı etirazlar keçirilib
İsrail qüvvələri atəşkəs davam edərkən Rəfahın şərqində daha dörd fələstinlini öldürüb
Suriyanın şimal-qərbində baş verən qəfil daşqınlar yüzlərlə insanı evsiz qoyub
Rusiyaya məxsus dronlar Odessa və Xarkova zərbələr endirib, ən azı üç nəfər ölüb
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Livanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb
Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Karni: "Türkiyə Kanada üçün həyati tərəfdaşdır"
Qətərdə keçirilən “Ərəb Körfəzi Təhlükəsizliyi–4” təlimi başa çatıb
İsrail 54 fələstinlinin cəsədini təhvil verib
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub