DÜNYA
1 dəqiqə oxuma
İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub
İranın İsfahan vilayətinin Xamnə şəhərində hərbi helikopter qəzaya uğrayıb
İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub
İranda hərbi helikopter qəzaya uğrayıb / AA

Yerli medianın verdiyi məlumata görə, İran ordusuna məxsus helikopter İsfahan vilayətinin Dorçeh bölgəsi yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində dörd nəfər həyatını itirib.

İranın yarı-rəsmi "Mehr" xəbər agentliyinin bildirdiyinə görə, ilkin ehtimallara əsasən, helikopter meyvə-tərəvəz bazarı kompleksinin ərazisinə düşüb.

Agentlik qeyd edib ki, qəza zamanı helikopter təlim uçuşu həyata keçirirmiş. Hadisə nəticəsində pilot və köməkçi pilotla yanaşı, bazarda çalışan iki mülki şəxs də həlak olub. Qəzanın səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.

Bu, İranda bir həftədən az müddətdə baş verən ikinci aviasiya qəzasıdır. Ötən cümə axşamı İranın qərbindəki Həmədan şəhəri yaxınlığında "F-4" qırıcı təyyarəsi düşmüş və pilotlardan biri həlak olmuşdu.

İranın ölümcül aviasiya qəzaları ilə bağlı statistikası kifayət qədər qabarıqdır. Qərbin sanksiyaları İrana təyyarə hissələrinin tədarükünə mane olur ki, bu da ölkənin həm dövlət, həm də kommersiya məqsədləri üçün köhnəlmiş helikopter və təyyarələrindən asılı qalmasına səbəb olur.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi