MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
400 illik Assuri bazarı bərpa edilib yenidən istifadəyə verildi
Əsrlər boyu bölgənin ticarət və ictimai həyatının ürəyi olan Assuri bazarı bərpa işlərindən sonra orjinal halına gətirilib.
00:00
400 illik Assuri bazarı bərpa edilib yenidən istifadəyə verildi
Aysor bazarı / User Upload

Türkiyənin Mardin şəhərindəki 400 illik Assuri bazarı ətraflı bərpa işlərindən sonra yenidən istifadəyə verilib. “Küçələrin abadlaşdırılması layihəsi” çərçivəsində görülən işlər rayonun tarixi-mədəni irsinin qorunub saxlanılması baxımından böyük əhəmiyyət kəsb edir.

Əsrlər boyu bölgənin ticarət və ictimai həyatının ürəyi olan Assuri bazarı bərpa işlərindən sonra orjinal halına gətirilib. Layihə çərçivəsində tarixi bazarın təxminən 600 metr ərazisi yenilənib. 62 mağazanın bərpası başa çatdırılıb, 8 beton bina sökülüb. Qeydiyyatdakı mağazalarda infrastruktur, işıqlandırma və izolyasiya işləri aparılıb. Bundan əlavə, bazarın yuxarı hissəsində yerləşən, dövlət qeydiyyatı olmayan 15 yaşayış məntəqəsində abadlıq işləri görülüb.

Mədəni irs qorunur

“Bərpa layihəsi təkcə fiziki yenilənməni təmin etmək deyil, həm də ərazinin çoxəsrlik ticarət və icma mədəniyyətini canlandırmaq məqsədi daşıyır”. Mardin valisi Tuncay Akkoyun açılış mərasimindəki çıxışında layihənin bölgənin mədəni irsinin qorunması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Mədəni irsimiz təkcə tarixi abidələrlə məhdudlaşmır, həm də birlik, həmrəylik və cəmiyyət şüurumuzdur".

Bölgəyə iqtisadi töhfə

Bərpa layihəsi bölgəyə iqtisadi töhfə verəcək. Layihə regionun turizm potensialını artırmaqla daha çox ziyarətçi cəlb etmək məqsədi daşıyır. Bundan əlavə, bazarın canlanması ilə bölgədə ticarətin də artacağı gözlənilir.

Səlahiyyətlilərdən açıqlamalar

Mardin icra hakimi Məhəmməd Enes İpək Assuri bazarının bölgənin ticarət və ictimai həyatının mərkəzində olduğunu, bərpa işləri ilə tarixi xüsusiyyətinin qorunub saxlanıldığını bildirib. “Bizim layihəmiz bu unikal ərazini uğurla bərpa etdi, tarixi xüsusiyyətini qoruyub saxladı və müasir tələblərə uyğunlaşdırdı”.

400 illik Assuri bazarının bərpası Mardinin tarixi və mədəni irsinin qorunması üçün mühüm addım hesab edilir. Layihə həm mədəni, həm də iqtisadi baxımdan bölgəyə mühüm töhfələr verəcək.

Araşdırma
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı
TRT-nin təşkil etdiyi növbəti Humanitar Film Festivalı üçün müraciətlər başlayıb
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
98-ci “Oskar” mükafatı qalibləri müəyyən olub
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Türk serialları Ankaranın Banqladeşlə diplomatik əlaqələrini gücləndirməsinə necə töhfə verir?
Türkiyə Atatürkün Selanikdəki evini yenidən istifadəyə verərək qurucusunun irsini şərəfləndirir
Osman Həmdi bəyin portret əsəri  1,5 milyon dollara hərraca çıxarılıb
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı