SİYASƏT
2 dəqiqə oxuma
İsrail ordusu İordan çayının Qərb sahilində fələstinli uşağı öldürdü, dörd nəfəri yaraladı
İsrail ordusunun "əl-Faria" düşərgəsinə basqını 15 yaşlı uşağın ölümü və bir neçə fələstinlinin yaralanması ilə nəticələndi
İsrail ordusu İordan çayının Qərb sahilində fələstinli uşağı öldürdü, dörd nəfəri yaraladı
İsrail ordusu İordan çayının Qərb sahilində fələstinli uşağı öldürdü, dörd nəfəri yaraladı / AA

İsrail ordusu işğal altındakı İordan çayının Qərb sahilində keçirdiyi hücum nəticəsində bir fələstinli uşağı öldürüb, daha dörd nəfəri yaralayıb. Fələstin Səhiyyə Nazirliyi noyabrın 16-da açıqlama yayaraq bildirib ki, Tubas şəhərinin cənubunda yerləşən “əl-Faria” qaçqın düşərgəsində 15 yaşlı Cədallah Cihad Cumaa Cədallah İsrail hərbçiləri tərəfindən atəş açılaraq öldürülüb.

Rəsmi VAFA xəbər agentliyinin məlumatına görə, tibb işçiləri düşərgədə iki nəfərin qəlpə yaralarını müalicə edib. Agentlik əlavə edib ki, təcili yardım maşınlarının üçüncü yaralıya çatmasına maneə yaradılıb və həmin gəncin sonradan həyatını itirdiyi bildirilib.

Hadisə şahidləri “Anadolu” agentliyinə verdikləri müsahibədə qeyd ediblər ki, İsrail qüvvələri düşərgəyə basqın edərək intensiv şəkildə atəş açıblar və bu, bir neçə şəxsin yaralanmasına səbəb olub. VAFA-nın digər məlumatında isə bildirilir ki, işğal altındakı Qərb sahilinin şimalındakı Cenin şəhərində İsrail ordusuna məxsus hərbi maşın bir taksi ilə toqquşaraq qəza törədib və nəticədə iki fələstinli yaralanıb.

Fələstin rəsmilərinin açıqlamasına əsasən, 2023-cü ilin oktyabrında Qəzzaya qarşı başlanmış soyqırımdan sonra İordan çayının Qərb sahilində İsrail ordusunun və qeyri-qanuni israilli məskunlaşanların hücumları kəskin şəkildə artıb. Bildirili ki, indiyədək 1.073-dən çox fələstinli öldürülüb, təxminən 10.700 insan yaralanıb.

İsrailin 2023-cü ilin oktyabrından bəri intensiv şəkildə hava və quru hücumları həyata keçirdiyi Qəzzada isə, Fələstin tərəfinin hesabatına görə, əsasən qadınlar və uşaqlar olmaqla, təxminən 70.000 fələstinli həlak olub.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi ötən ilin iyul ayında açıqladığı rəsmi hüquqi rəydə İsrailin Fələstin torpaqlarını işğalını qanunsuz adlandırıb və işğal altındakı İordan çayının Qərb sahili ilə Şərqi Qüdsdə mövcud olan bütün israilli yaşayış məntəqələrinin tam şəkildə boşaldılmasını tələb edib.

MƏNBƏ:TRT
Araşdırma
Macarıstanın yeni Baş naziri Netanyahunu həbs edəcəyini açıqladı
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
Trump: "İranın zənginləşdirilmiş uranının geri alınması uzun və çətin olacaq"
İran Prezidenti müharibənin heç kimin maraqlarına uyğun olmadığını bildirərək, diplomatiyaya çağırıb
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub
ABŞ Kubaya mümkün hərbi əməliyyat planını sürətləndirir
Donald Tramp: “İranla atəşkəsin uzadılmasına ehtiyac olmadığını düşünürəm”
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib