SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp İrana nüvə silahı ilə hücum etməyəcəklərini açıqladı
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla bağlı bəyanatlar verib
D.Tramp İrana nüvə silahı ilə hücum etməyəcəklərini açıqladı
D.Tramp İrana nüvə silahı ilə hücum etməyəcəklərini açıqladı / Reuters

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla bağlı bəyanatlar verib. Nüvə silahından istifadə ehtimalını rədd edən Tramp buna ehtiyac olmadığını vurğulayıb.

"Nüvə silahından istifadə etmədən İranı tamamilə məhv etmək imkanım olduğu halda, buna niyə ehtiyac duymalıyam? Ümumiyyətlə, heç kimin bu silahlardan istifadəsinə icazə verilməməlidir",-deyə Donald Tramp qeyd edib.

Donald Tramp iki həftəlik atəşkəs dövründə İranın öz hərbi ehtiyatlarını qismən bərpa etməsi ehtimalına da toxunub. O, ABŞ-nin İranın hərbi gücünü artıq böyük ölçüdə sıradan çıxardığını qeyd edərək deyib: "Onların donanması, hava qüvvələri və hava hücumundan müdafiə sistemləri məhv edilib. Əgər fasilə müddətində nəsə toplasalar belə, biz bunu cəmi bir günə bitirəcəyik".

Tramp hazırda razılaşma imkanı olsa da, müvəqqəti sazişə deyil, uzunmüddətli və davamlı bir müqaviləyə üstünlük verdiyini bildirib.

Xatırladaq ki, aprelin 7-də İranı ‘‘bütöv bir sivilizasiya bu gecə məhv ediləcək’’ deyərək hədələyən Donald Tramp qısa müddət sonra atəşkəsə razılıq vermişdi. Hazırda ABŞ-nin Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduğunu deyən dövlət başçısı boğazın açılmasına hələlik icazə verməyəcəyini deyib.

"Boğazın açılması İranın gündə 500 milyon dollar qazanması deməkdir. Məsələ həll olunana qədər buna icazə verməyəcəyəm",-deyə Donald Tramp vurğulayıb.

Regiondakı gərginlik fonunda qlobal enerji qiymətlərinin artmasına da münasibət bildirən Tramp, amerikalıların bir müddət yüksək benzin qiymətləri ilə barışmalı olduqlarını qeyd edib. O, əsas məqsədinin həm ABŞ, həm də Yaxın Şərq üçün nüvə təhlükəsi yaratmayan bir həllə nail olmaq olduğunu bildirib.

Qeyd edək ki, rəsmi Tehran nüvə silahı hazırlamaq iddiasını rədd edir. BMT-nin müvafiq nəzarət orqanları da müharibədən əvvəl İranın atom bombası əldə etmək üçün qəti addımlar atmadığını bəyan etmişdi. Hazırda regionda gərginlik davam edir.

Araşdırma
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"