DÜNYA
2 dəqiqə oxuma
200-dən çox alman sənətçi və jurnalist Fridrix Mertsə Qəzza ilə bağlı çağırış edib
İyulun 31-də yayımlanan birgə məktubda Qəzzadakı uşaqların çəkdiyi əzablara diqqət çəkilib
200-dən çox alman sənətçi və jurnalist Fridrix Mertsə Qəzza ilə bağlı çağırış edib
People attend a protest against Israel's policies, in Berlin, Germany, Thursday on July 24, 2025. (Michael Ukas/dpa via AP)
1 avqust 2025

200-dən çox tanınmış alman sənətçisi və jurnalisti kansler Fridrix Mertsə İsrailə silah tədarükünün dayandırılması və Qəzzaya qarşı əlavə sanksiyaların tətbiq olunması barədə çağırış edib.

İyulun 31-də yayımlanan birgə məktubda Qəzzadakı uşaqların çəkdiyi əzablara diqqət çəkilib. Məktubda deyilir:
“Həmasın törətdiyi dəhşətli cinayətlərə ən sərt şəkildə etiraz edirik. Lakin heç bir cinayət milyonlarla günahsız insanın kollektiv şəkildə cəzalandırılmasını haqq qazandıra bilməz.”

Məktubda vurğulanıb ki, Qəzzada döyüşlərdə iştirak etməyən uşaqlar ən ağır vəziyyətdədir və onlar aclıqdan həyatlarını itirirlər.
“Artıq 17 mindən çox uşaq həlak olub, yüz minlərlə insan yaralanıb, travma alıb, məcburi köçkün vəziyyətinə düşüb və aclıqla mübarizə aparır”,-deyə məktubda qeyd olunub.

Məktubu imzalayanlar arasında aktyorlar Liv Lisa Fries, Katarina Talbaç və Benno Fürman da var. Onlar kansler F.Mertsin son günlərdə İsrail hökumətini tənqid etməsini yüksək qiymətləndiriblər.

Bununla belə, sənədi imzalayanlar kansleri Almaniyanın İsrailə silah ixracını tamamilə dayandırmağa, Avropa İttifaqı ilə İsrail arasında Assosiasiya Sazişinin dayandırılmasını dəstəkləməyə, dərhal atəşkəsə nail olmağa və humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə çağırıblar.

Məktubda həmçinin deyilir: “Bu addımlar Avropa dəyərlərinə tam uyğundur və İsrail hökumətinə ən yaxın müttəfiqlərin belə bu iztirablara artıq dözə bilmədiyini, sözlərin kifayət etmədiyini açıq şəkildə göstərmiş olacaq.”

Qeyd edək ki, kansler Fridrix Merts iyulun 28-də bəyan edib ki, onun hökuməti Qəzzadakı ağır humanitar vəziyyətə görə İsrailə təzyiqləri artırmağı düşünür. O, bildirib ki, Almaniya hökuməti Qəzzadakı “fəlakətli vəziyyətin” yaxşılaşdırılması üçün İsrailə təzyiq göstərmək məqsədilə konkret addımlar atmaq hüququnu özündə saxlayır. Təhlükəsizlik Kabineti hələ bu məsələ ilə bağlı qərar verməsə də, müxtəlif variantlar müzakirə olunur.

Araşdırma
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''