DÜNYA
1 dəqiqə oxuma
Kanada 2025-ci ildə İsrailə təxminən 14,7 milyon dollar dəyərində hərbi sursat ixrac edib
Bu göstəricilər Kanada Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən "Strateji Mallar və Texnologiyalar üzrə 2025-ci il Hesabatı"nda yer alıb
Kanada 2025-ci ildə İsrailə təxminən 14,7 milyon dollar dəyərində hərbi sursat ixrac edib
Kanada 2025-ci ildə İsrailə təxminən 14,7 milyon dollar dəyərində hərbi sursat ixrac edib / AP

Kanada hökumətinin yaydığı rəsmi hesabatına əsasən, Ottava administrasiyası 2025-ci ildə İsrailə təxminən 14,7 milyon dollar dəyərində hərbi texnika və texnologiya göndərib.

Bu göstəricilər Kanada Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən "Strateji Mallar və Texnologiyalar üzrə 2025-ci il Hesabatı"nda yer alıb.

Sənəddə ötən təqvim ili ərzində İsrailə 14 milyon 671 min 705 dollar dəyərində hərbi təyinatlı məhsul ixrac edildiyi qeyd olunub. Hesabatda həmçinin qeyd olunub ki, Kanada hökuməti 8 yanvar 2024-cü ildən bəri Qəzzadakı müharibədə işlədilə biləcək heç bir yeni silah satışına icazə verməyib və bu qadağa hələ də qüvvədədir.

Sənəddə xarici siyasət idarəsinin sözügedən münaqişədə istifadə oluna biləcək hərbi texnikaya icazə verməkdən yayındığı və məhdud sayda lisenziyanı qüvvədən düşürdüyü iddia edilir. Digər tərəfdən, Kanadada hərbi ixraca qarşı hüquqi müstəvidə etirazlar da davam edir.