15 saat əvvəl
Nepalın Pokhara şəhərindən paytaxt Katmanduya doğru hərəkət edən sərnişin avtobusu Dhadinq rayonunda Trişuli çayına aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 17 nəfər ölüb, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Nepal Silahlı Polis Qüvvələri bildirib ki, hadisə fevralın 22-də yerli vaxtla saat 09:45 radələrində baş verib. Polis Qüvvələrinin sözçüsü Bişnu Prasad Batta deyib ki, təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb olunub. Onun sözlərinə görə, hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə işləri davam etdirilir.
Hazırda xilasetmə qrupları həlak olanların şəxsiyyətini müəyyənləşdirməyə çalışır. Yaralı sərnişinlər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.












