TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T.Ərdoğan Balkan ölkələrindən olan diplomatlarla İstanbulda görüş keçirib
R.T.Ərdoğan Balkan Sülh Platformasının İstanbulda keçirilən ikinci toplantısına ev sahibliyi etməkdən məmnunluğunu ifadə edərək, nümayəndələrə töhfələrinə görə təşəkkür edib
R.T.Ərdoğan Balkan ölkələrindən olan diplomatlarla İstanbulda görüş keçirib
R.T.Ərdoğan Balkan ölkələrindən olan diplomatlarla İstanbulda görüş keçirib / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinin xarici işlər nazirləri və yüksək vəzifəli diplomatik nümayəndələri ilə İstanbulda keçirilən görüşdə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.

Yanvarın 23-də Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən yayılan açıqlamaya əsasən, toplantıda Monteneqro Xarici İşlər naziri Ervin İbrahimoviç, Kosovo Xarici İşlər naziri Donika Gervalla-Şvarts, Bosniya və Herseqovina Xarici İşlər naziri Elmedin Konakoviç, Şimali Makedoniya Xarici İşlər naziri Timço Muçunski, Albaniya Xarici İşlər naziri Elisa Spiropali və Serbiya Xarici İşlər nazirinin müavini Nevena Yovanoviç iştirak edib.

Prezident R.T.Ərdoğan Balkan Sülh Platformasının ikinci toplantısının İstanbulda keçirilməsindən məmnunluğunu ifadə edərək, iştirakçı ölkələrin nümayəndələrinə verdikləri töhfələrə görə təşəkkür edib.

Ölkə rəhbəri R.T.Ərdoğan sərhəd təhlükəsizliyi, enerji, texnologiya və nəqliyyat kimi mövzuların müzakirə olunduğu məsləhətləşmələrin əhəmiyyətinə diqqət çəkib.

Dünya miqyasında və Balkanlarda çoxsaylı çətinliklərlə üzləşildiyini qeyd edən R.T.Ərdoğan Balkan Sülh Platformasına üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı anlayışın gücləndirilməsinin hər zamankindən daha böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Balkanlarda keçmişdə yaşanan hadisələrdən dərs çıxaran və gələcəyə yönəlmiş ortaq yanaşma ilə hərəkət etməyin vacibliyinə işarə edən dövlət başçısı R.T.Ərdoğan Türkiyənin regionda qeyri-sabitliyin təsirlərini azaltmaq və aradan qaldırmaq istiqamətində göstərdiyi səyləri də xatırladıb. Prezident R.T.Ərdoğan xüsusilə Ukrayna, Qəzza və Suriya başda olmaqla bir çox bölgədə sülh yönümlü təşəbbüslərin davam etdiyini bildirib.

Qeyd edək ki, toplantıda xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin baş müşaviri Akif Çağatay Kılıç və digər rəsmi şəxslər də iştirak ediblər.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib