DÜNYA
1 dəqiqə oxuma
İsrail Qəzza zolağında azı 12 fələstinlini öldürüb
İsrailin Qəzzaya humanitar yardımın daxil olmasına qoyduğu qadağa bölgədə ərzaq qıtlığını daha da dərinləşdirib
İsrail Qəzza zolağında azı 12 fələstinlini öldürüb
27 mart 2025

İsrailin Qəzza zolağına etdiyi hücumlar nəticəsində altısı uşaq olmaqla on iki fələstinli həyatını itirib. Məlumata görə, İsrail yaşayış məntəqələrini və mülki insanları hədəf alıb.

Anadolu Agentliyinə müsahibə verən səhiyyə rəsmisinin məlumatına görə, Qəzzanın şimalındakı Cibaliya bölgəsində ən-Nəccar ailəsinə aid bir evin hədəf alınması nəticəsində 6-sı uşaq olmaqla 8 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.

Qəzzanın mərkəzindəki Bureyc qaçqınlar düşərgəsindəki mənzilə edilən hücum zamanı ata və oğlu həlak olub. Xan Yunusdakı mülki əhalinin toplaşdığı ərazinin bombalanması nəticəsində isə biri qadın olmaqla 2 fələstinli ölüb, çox sayda yaralı var. Şahidlərin sözlərinə görə, itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

İsrailin martın əvvəlindən Qəzzaya humanitar yardımın daxil olmasına qoyduğu qadağa bölgədə ərzaq qıtlığını daha da dərinləşdirib.

İsrail ordusu yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, martın 18-i səhər saatlarında yenidən hücumlara başlayıb. Hücumlar nəticəsində əksəriyyəti yaşlı, qadın və uşaq olmaqla 792-dən çox fələstinli həyatını itirib, 1663-dən çox insan isə yaralanıb.

İsrailin 2023-cü ilin oktyabrın 7-dən etibarən Qəzza zolağına etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 50 min 144-ə, yaralıların sayı isə 113 min 704-ə yüksəlib.

Araşdırma
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''
Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda artan təhlükəsizlik problemlərinə diqqət çəkib