SİYASƏT
2 dəqiqə oxuma
İki ölkə liderləri Ukrayna müharibəsinə son qoymaq üçün daha sıx əməkdaşlığa söz veriblər
Merts də Trampın Rusiya-Ukrayna müharibəsinə tez bir zamanda son qoymaq çağırışı ilə razılaşır
İki ölkə liderləri Ukrayna müharibəsinə son qoymaq üçün daha sıx əməkdaşlığa söz veriblər
Ukrayna-Avropa İttifaqı
9 may 2025

Hökumət sözçüsü Donald Trampın Fridrix Mertslə ilk telefon danışığında Almaniya və Avropanın Ukraynada davamlı sülhə nail olmaq səylərini “qəti şəkildə” dəstəkləməyə söz verib.

Almaniya kansleri Fridrix Merts və ABŞ prezidenti Donald Tramp mayın 9-da baş tutan ilk telefon danışığında Ukraynada müharibəyə son qoymaq üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Hökumətin yeni təyin olunmuş sözçüsü Stefan Kornelius açıqlamasında bildirib ki, hər iki lider “Ukraynada müharibəyə son qoymaq üçün sıx əməkdaşlığın” vacibliyi barədə razılığa gəliblər.

Kornelius deyib ki, Merts də Trampın Rusiya-Ukrayna müharibəsinə tez bir zamanda son qoymaq çağırışı ilə razılaşır.

“Rusiya indi danışıqlar üçün məkan yaratmaq barədə atəşkəsi qəbul etməlidir”, - deyə Kornelius Kremli təcili tədbirlər görməyə çağırıb.

Kornelius “Tramp regionda davamlı sülh axtarışında Fransa, Böyük Britaniya, Polşa və digər Avropa tərəfdaşları ilə birlikdə Almaniyanı “qəti şəkildə” dəstəkləməyə söz verib” deyib.

İki lider həmçinin müntəzəm danışıqları davam etdirmək və ABŞ və Almaniyaya qarşılıqlı səfərlər planlaşdırmaq barədə razılığa gəliblər.

Mühafizəkarların lideri Merts mayın 6-da Almaniyanın 10-cu kansleri vəzifəsinə başladıqdan sonra mayın 7-də Parisdə Fransa prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında Trampın atəşkəs təşəbbüsünü tam dəstəklədiyini bildirib.

Yaxın əməkdaşlıq

Fridrix Merts "Çox açıq deyim: Prezident Trampın bu müharibəni bitirmək və Ukraynadakı qırğınları dayandırmaq səylərini tam dəstəkləyirik. Ədalətli və davamlı sülhə nail olmaq üçün ABŞ, Ukrayna və Avropadakı tərəfdaşlarımızla yaxından işləyəcəyik. Atəşkəs razılaşdırıldıqdan sonra ABŞ rəhbərliyi və iştirakı ilə buna nəzarət etməyə kömək etməyə hazırıq" deyib.

Merts həmçinin yaxın həftələrdə Ukraynanın paytaxtı Kiyevə səfər etməyi və Almaniyanın Ukraynaya dəstəyini bir daha təsdiqləməyi planlaşdırdığını açıqlayıb.

Ukraynaya verilə biləcək mümkün təhlükəsizlik təminatları ilə bağlı sualı cavablandıran Almaniya kansleri detallar barədə danışmaq üçün hələ tez olduğunu vurğulayaraq deyib: “Daimi atəşkəs və Rusiya ilə sülh razılaşması olmadan biz Ukraynaya təklif edə biləcəyimiz təhlükəsizlik zəmanətlərinin həcmi barədə məlumat verə bilmərik, çünki şərtləri hələ bilmirik.

Bizim nöqteyi-nəzərimizdən ABŞ-ın bu prosesə və Ukrayna üçün gələcək təhlükəsizlik təminatları çərçivəsində yer alması böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu müharibə hazırda təklif olunduğu kimi, bir neçə günlük deyil, həmişəlik başa çatmalıdır".

Merts bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putinin mayın 8-dən mayın 11-nə kimi elan etdiyi üç günlük atəşkəsə toxunub.

Araşdırma
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub