MƏDƏNİYYƏT
3 dəqiqə oxuma
İsrail İordan çayının qərb sahilindəki 63 arxeoloji sahəni "İsrail mədəni irsi" elan edib
Qüds Tətbiqi Araşdırmalar İnstitutunun hesabatına görə, bu bəyanat beynəlxalq hüququn pozulmasıdır
İsrail İordan çayının qərb sahilindəki 63 arxeoloji sahəni "İsrail mədəni irsi" elan edib
İordan çayının qərb sahilindəki arxeoloji sahəsi
21 avqust 2025

Fələstin tədqiqat institutlarından birinin məlumatına görə, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki 63 Fələstin arxeoloji sahəni “İsrail irsi əraziləri” elan edib. Bu hərəkətin beynəlxalq hüququn və beynəlxalq öhdəliklərin açıq şəkildə pozulması olduğu vurğulanıb.

Həmin qərar Qüds Tətbiqi Araşdırmalar İnstitutu (ARIJ) tərəfindən hazırlanan və Türkiyənin "Anadolu" xəbər agentliyinin tədqiq edilən “Nablus Qubernatorluğunda Arxeoloji Sahələr: İsrailin Müsadirə Planları üçün Açıq Zəmin” başlıqlı hesabatda yer alıb.

Xəbərdə İsrail ordusunun Mülki Administrasiyasının rəhbəri briqada generalı Moti Almoz tərəfindən imzalanmış hərbi əmrlərin yer aldığı kitabçaya istinad edilib. Kitabçaya görə, işğal altındakı İordan çayının qərb sahilindəki 63 sahə “İsrail tarixi və arxeoloji obyektləri” kimi təsnif edilib.

Bu 63 sahədən 59-nun Nablus qubernatorluğunda, üçünün Ramallah əyalətində, birinin isə Salfit əyalətində yerləşdiyi qeyd edilən hesabatda vurğulanıb ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Fələstin arxeoloji abidələrini hədəfə alması “sadəcə inzibati və ya hüquqi rəsmiyyət deyil, həm də sistematik siyasətin bir hissəsidir".

Həmçinin bu addımın "İsrail hekayəsinə xidmət etmək üçün Fələstin irsinin kimliyini yenidən formalaşdırmaq səylərinin bir hissəsi olduğu və hədəf alınan ərazilərin əksəriyyətinin İsrailin qeyri-qanuni yaşayış yerləri, yaşayış məntəqələri və ya Nablus qubernatorluğu da daxil olmaqla digər müstəmləkə ərazilərinin yaxınlığında yerləşdiyi" ifadə edilib.

Hesabatda vurğulanıb ki, Fələstinin arxeoloji və tarixi yerlərinin “İsrail” olaraq təsnif edilməsi beynəlxalq hüququn açıq şəkildə, beynəlxalq öhdəliklərin ciddi şəkildə pozulması və Fələstinin milli kimliyinə birbaşa təhdiddir”

Yaşayış məntəqələri üçün müsadirə edilir

ARIJ bəyan edib ki, İsrailin işğalçı səlahiyyətliləri işğal altındakı İordan çayının qərb sahilindəki 2400-dən çox Fələstin arxeoloji obyektini İsrail əraziləri kimi təsnif edib. Qeyd olunub ki, İsrail səlahiyyətliləri bəzi əraziləri "qorunma və mühafizəyə" ehtiyacı olduğunu elan ediblər, lakin praktikada "bu sahələrdən irsin qorunması bəhanəsi ilə Fələstin torpaqlarının böyük hissəsini ələ keçirmək üçün istifadə olunur".

ARIJ əlavə edib ki, bu sahələrin çoxu daha sonra İsrailin məskunlaşma məntəqələri, yaşayış məntəqələri və hərbi obyektlər, həmçinin yalnız israilli mühacirlər və ziyarətçilər tərəfindən istifadə edilən turizm və istirahət obyektləri kimi istifadə üçün müsadirə edilir.

Fələstinin hesabatlarına görə, 2024-cü ilin sonuna kimi, işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşanların sayı təxminən 770 minə çatıb. Bu məskunlaşanlar 180 yaşayış məntəqəsi və 256 yaşayış bölgəsi arasında bölüşdürülür ki, onlardan 138-i əkinçilik və heyvandarlıq məntəqələri kimi təsnif edilir.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bu yana İsrail qüvvələri və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşanlar tərəfindən ən azı 1014 fələstinli həlak olub, 7000-dən çox fələstinli yaralanıb.

Beynəlxalq Ədalət Məhkəməsi ötən iyul ayında verdiyi məsləhət rəyində İsrailin Fələstin ərazilərini işğalını qeyri-qanuni elan edib və İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bütün qeyri-qanuni yaşayış məntəqələrinin boşaldılmasını istəyib.

Araşdırma
Əminə Ərdoğan Anadolunun mədəniyyət irsini vurğulayaraq Qəzza üçün qlobal addım atmağa çağırıb
Göbəklitəpədən gətiriləcək müxtəlif əsərlər Almaniyada xüsusi sərgidə nümayiş etdiriləcək
400-dən çox sənətçi İsrailə qarşı boykot çağırışı edib
İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film
F.Say Qərb klassik musiqi institutlarında İsrail tərəfdarılarının qərəzli fikirlərindən narahatdır
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır  – “Hind Rəcəbin səsi”
Sami Yusufun İstanbuldakı konsert proqramında minlərlə insan iştirak etdi
Madonna Roma Papasını Qəzzada aclıq çəkən uşaqlara kömək göstərməyə çağırdı
Türkiyənin Laodikeya antik şəhərində 2 min illik məclis binası aşkar edilib
Türkiyə 65 ildən sonra Mark Avreli heykəlini geri qaytardı
Suriya yenidən qurularkən arxeoloji məkanlar üzə çıxır
Türkiyə Roma sərgisində mədəni incilərini nümayiş etdirir
Türkiyədə muzeylər axşam gec saatlara qədər ziyarətçilərin üzünə açıq olacaq
İstanbulun əfsanələri: Mif və tarixi birləşdirən epik hekayə təcrübəsi
"Wanderlust" jurnalı Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib
Türkiyənin paylaşmaq üçün çox geniş və zəngin mədəniyyəti var
"TRT World" Nyu-York festivalında dörd mükafat qazandı
"TRT World" 2025-ci il "Telly" müsabiqəsində gümüş mükafata layiq görüldü
Papa XIV Leo kimdir?
Mosab Abu Toha kimdir?