SİYASƏT
2 dəqiqə oxuma
Marko Rubio və Hun Manet Kamboca ilə Tailand arasındakı gərginliyi müzakirə ediblər
ABŞ dövlət katibi Marko Rubio Kamboca ilə Tailand arasında davam edən zorakılıqlardan narahatlığını ifadə edib və iki qonşu ölkə arasında danışıqların asanlaşdırılması üçün ABŞ-ın dəstək verməyə hazır olduğunu bildirib
Marko Rubio və Hun Manet Kamboca ilə Tailand arasındakı gərginliyi müzakirə ediblər
Marko Rubio və Hun Manet Kamboca ilə Tailand arasındakı gərginliyi müzakirə ediblər / AP

ABŞ dövlət katibi Marko Rubio Kamboca ilə Tailand arasında davam edən zorakılıqlardan narahatlığını ifadə edib və iki qonşu ölkə arasında danışıqların asanlaşdırılması üçün ABŞ-ın dəstək verməyə hazır olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Marko Rubio dekabrın 25-də Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığı aparıb. Marko Rubio söhbət zamanı Prezident Donald Trampın sülhə çağırışını bir daha vurğulayıb və oktyabr ayında Malayziyada keçirilən ASEAN Zirvə görüşündə hər iki ölkə tərəfindən imzalanan Kuala Lumpur Sülh Sazişlərinin tam şəkildə icra edilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, sözügedən saziş sərhəd bölgəsində baş verən mina partlayışı nəticəsində Tailand əsgərlərinin ağır yaralanmasından sonra imzalanmışdı.

Dövlət Departamentinin açıqlamasında bildirilir ki, Marko Rubio ABŞ-ın Kamboca və Tailand arasında sülh və sabitliyin bərpası üçün aparılacaq danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Hun Manet isə bildirib ki, telefon danışığı zamanı atəşkəslə bağlı irəliləyişləri və Tailandla imzalanmış sülh sazişinin icrasını müzakirə ediblər. O, Kambocanın Banqkok–Pnompen razılaşmasına “sarsılmaz sadiqliyini” vurğulayıb və ikitərəfli səylərin sərhəddə yaşanan münaqişənin həllinə və davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümid etdiyini deyib.

Telefon danışığı Tailand və Kamboca arasında keçirilən ilk hərbi danışıqlardan sonra baş tutub.

Məlumata görə, Tailandın Çantaburi əyalətində keçirilən görüş bir saatdan az davam edib. Hərbi danışıqların cümə günü davam etdirilməsi gözlənilir.

Döyüşlər 8 dekabrda iki Tailand əsgərinin sərhəddə baş verən insident zamanı yaralanmasından bir gün sonra yenidən başlayıb. Rəsmi məlumatlara əsasən, həmin vaxtdan bəri hər iki tərəfdən ümumilikdə azı 96 nəfər həyatını itirib.

Tailand hakimiyyəti 23 əsgərin və bir mülki şəxsin öldüyünü açıqlayıb. Kambocanın Daxili İşlər Nazirliyi isə hücumlarda 31 Kamboca vətəndaşının öldürüldüyünü bildirib.

Araşdırma
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"