SİYASƏT
1 dəqiqə oxuma
NATO-ya üzv ölkələrin parlament sədrləri İstanbulda görüşəcək
NATO-ya üzv ölkələrin parlament sədrləri və nümayəndə heyətləri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitindən əvvəl İstanbulda bir araya gələcəklər
NATO-ya üzv ölkələrin parlament sədrləri İstanbulda görüşəcək
NATO-ya üzv ölkələrin parlament sədrləri İstanbulda görüşəcək

NATO-ya üzv ölkələrin parlament sədrləri və nümayəndə heyətləri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitindən əvvəl İstanbulda bir araya gələcəklər. İyunun 29-da Dolmabahçe sarayında təşkil olunacaq iclasda 32 müttəfiq ölkənin parlament sədrləri və nümayəndə heyətlərinin başçıları, həmçinin NATO Parlament Assambleyasının prezidenti Markos Perestrello və digər yüksək vəzifəli rəsmilər iştirak edəcəklər.

2024-cü ildən bəri NATO Parlament Assambleyası tərəfindən ev sahibi ölkələrlə tərəfdaşlıq çərçivəsində təşkil edilən iclas müttəfiqlər arasında parlament koordinasiyasını və dialoqu gücləndirmək məqsədi daşıyır, həmçinin liderlərin görüşündən əvvəl parlament səviyyəsində məsləhətləşmələr üçün mühüm platforma rolunu oynayır.

Proqram çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zirvə görüşü münasibətilə təşkil ediləcək rəsmi naharda iştirakçılarla görüşməsi və çıxış etməsi gözlənilir.

Qeyd edək ki, parlament sədrləri və nümayəndə heyətlərinin rəhbərləri də iclasda məruzə ilə çıxış edəcəklər.