İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı səmasında ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.
İnqilab Keşikçiləri Korpusu məsələ ilə bağlı yazılı bəyanat yayıb.
Bəyanatda Hörmüz boğazı üzərində MQ-1 tipli PUA-nın İran hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.
TÖVSİYƏ EDİLƏN
ABŞ ordusu tərəfindən iddialara dair hələ ki, hər hansı rəsmi açıqlama verilməyib.
ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 tipli PUA-lar ilk vaxtlar müşahidə və kəşfiyyat məqsədilə nəzərdə tutulmuşdu. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər inteqrasiya olunub.




















