DÜNYA
3 dəqiqə oxuma
İordaniya, İspaniya və BMT UNWRA-nın dağılmasına icazə verməyəcəklərini bildirdilər
Bir çox ölkə ABŞ-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə ayırmasını dayandırmasını və İsrailin Qəzzadakı əməliyyatlarına...
İordaniya, İspaniya və BMT UNWRA-nın dağılmasına icazə verməyəcəklərini bildirdilər
UNRWA
26 sentyabr 2025

Bir çox ölkə ABŞ-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə ayırmasını dayandırmasını və İsrailin Qəzzadakı əməliyyatlarına qadağa qoymasını müzakirə etmək üçün BMT iclasına həmsədrlik edəcək.

Birləşmiş Millətlər Təşkilatı: Yüksək səviyyəli diplomatlar və BMT rəsmiləri ABŞ-ın maliyyəsini kəsdikdən sonra demək olar ki, tamamilə BMT-yə üzv dövlətlərin könüllü töhfələri hesabına maliyyələşdirilən UNRWA-nın dağılma təhlükəsi barədə xəbərdarlıq ediblər.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Bueno BMT Baş Assambleyasının sessiyaları zamanı jurnalistlərə deyib: UNRWA-ya alternativ yoxdur. Onun əvəzsiz rolu milyonlarla fələstinli üçün həyati əhəmiyyət kəsb edir və dünyada sabitliyin təmin edilməsində mühüm rol oynayır".

Bueno bu sözləri İordaniya, İspaniya və Braziliyanın UNRWA-nın kritik və əvəzsiz rolu ilə bağlı nazirlər toplantısına ev sahibliyi etdikdən sonra deyib.

Qlobal humanitar məkanın qorxulu şəkildə daraldığını qeyd edən Bueno qeyd edib ki, beynəlxalq cəmiyyətin məsul üzvləri olaraq Qəzzada bu davam edən və dözülməz vəziyyətə son qoymaq üçün hüquqi məsuliyyətimiz var.

İspaniyanın xarici işlər naziri əlavə edib: “Biz bu vəziyyəti təkbaşına həll edə bilmərik və buna görə də bu gün olduğu kimi BMT sistemi çərçivəsində işləməliyik”.

İspaniyanın Fələstin və qaçqınlarının əzablarına biganə qala bilməyəcəyini və etməyəcəyini vurğulayan Bueno "UNRWA-ya dəstəyimiz sarsılmazdır. İspaniya 2023-cü ilin sonundan bəri agentliyə 60 milyon avrodan çox töhfə verib və biz 10 milyon avro əlavə ödəniş elan etdik" deyib.

İspaniyanın Fələstin xalqına ümumi yardımının 2026-cı ilə qədər 150 milyon avroya çatacağını bildirən Bueno lazımi vəsaitin səfərbər edilməsinin onlar üçün prioritet olduğunu vurğulayıb və deyib ki, biz UNRWA-nın dağılmasına icazə verə bilmərik. UNRWA bugünkü toplantıdan daha güclü çıxmalıdır.

“UNRWA olduğu yerdə qalmalıdır”

İordaniya Baş Nazirinin müavini və xarici işlər naziri Ayman H. Safadi deyib ki, UNRWA son münaqişədən və Qəzzada məktəblərin dağıdılmasından çox əvvəl ümid, təhsil və dəstək verib. “Qəzzada soyqırım başlamazdan çox əvvəl, İsrail Qəzzada məktəbləri dağıtmazdan çox əvvəl, İsrail Qəzzada uşaqları evlərinin dağıntıları altında basdırmazdan çox əvvəl, İsrail 600.000-dən çox uşağın məktəblərini bağlamadan çox əvvəl UNRWA orada idi, ümid, təhsil və dəstək verirdi.

UNRWA-nın fəaliyyətinin yüz minlərlə fələstinliyə təsir etdiyini bildirən Safadi qızların İsrailin zülm və işğalına baxmayaraq bu məktəbləri bitirib, iş tapa, təhsil ala və həyatlarına davam edə bildiklərini bildirib. "UNRWA olduğu yerdə qalmalıdır" deyən Safadi mənbələrinin getdikcə azaldığını və dəstəyə ehtiyacı olduğunu əlavə edib.

"Onlar sahədə UNRWA personalını ovlayırlar. UNRWA-nın fəaliyyətini davam etdirmək üçün pulu yoxdur və buna görə də biz buradayıq və bütün BMT-yə üzv dövlətləri UNRWA-ya siyasi dəstəyini konkretləşdirməyə çağırırıq" deyən iordaniyalı nazir İsrailin 300-dən çox UNRWA əməkdaşını öldürdüyünü bildirib.

“Təcili olaraq 200 milyon dollar lazımdır”

UNRWA beş bölgədə fəaliyyətini davam etdirir. Bunlar Qəzza, işğal altındakı İordan çayının qərb sahili, Suriya, Livan və İordaniyadır. 1948-ci ildə Fələstində Nəkbədən sonra yaradılan agentlik beş əsas bölgədə təxminən 5,9 milyon fələstinliyə həyati yardım göstərir.

BMT rəsmiləri agentliyin maliyyə çatışmazlığı ilə üzləşdiyini bildiriblər. Onlar bu il maliyyələşmənin kəskin şəkildə azaldığını və ABŞ və İsveçin dəstəyinin olmamasının böhranı daha da gücləndirdiyini deyirlər.

BMT rəsmiləri bildiriblər ki, Baş Assambleya dekabrın əvvəlində UNRWA-nın üç illik mandatını yeniləmək üçün səs verəcək.

UNRWA-nın baş komissarı Filip Lazzarini deyib ki, Qəzzada humanitar böhran o qədər ağırdır ki, fələstinlilər yalnız “ləyaqətlə ölmək” arzusundadırlar. Lazzarini qeyd edib ki, Qəzzada hətta sterilizasiya olmadan belə uşaqların amputasiyası üzrə dünyada ən yüksək göstəricilərdən biri var.

UNRWA-nın əməliyyatlarını davam etdirmək üçün təcili olaraq 200 milyon dollara ehtiyac olduğunu bildirən Lazzarini xərclərə nəzarətin həyata keçirildiyini, lakin bu əməliyyatların davam etdirilməsi üçün əlavə tədbirlərin görülməsinin lazım olduğunu bildirib.

"Adətən, biz hər yanvar ayında ABŞ-dan töhfələr və maliyyə alacaqdıq ki, bu da agentliyə bütün ili büdcə kəsiri ilə bağlamağa imkan verəcəkdi, lakin indi belə bu mümkün olmayacaq və 200 milyon dollara ehtiyac var", -deyə UNWRA komissarı qeyd edib.

Araşdırma
''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
İordan çayının qərb sahilində qeyri-qanuni israilli köçkünlər məscidi yandırıblar
İsrail Livanın cənub şəhərlərini hava hücumları ilə hədəfə alır
Viktoriya ştatı yerli avstraliyalılara geniş səlahiyyətlər verən tarixi müqavilə imzaladı
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
BMT: Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrantın öldüyü ehtimal olunur
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb