DÜNYA
2 dəqiqə oxuma
Tramp Türkiyənin atəşkəs prosesindəki rolunu yüksək qiymətləndirdi
ABŞ prezidenti Donald Tramp Türkiyənin Qəzzada atəşkəs əldə edilməsi səylərindəki rolunu yüksək qiymətləndirərək, prezident Rəcəb Tayyib Ərdoğanı "möhtəşəm" adlandırıb...
Tramp Türkiyənin atəşkəs prosesindəki rolunu yüksək qiymətləndirdi
Tramp / Reuters

ABŞ prezidenti "Prezident Ərdoğan möhtəşəmdir. O, çox hörmətli bir insan olduğu üçün həqiqətən kömək etdi" deyib.

ABŞ prezidenti Donald Tramp Türkiyənin Qəzzada atəşkəs əldə edilməsi səylərindəki rolunu yüksək qiymətləndirərək, prezident Rəcəb Tayyib Ərdoğanı "möhtəşəm" adlandırıb və Ankaranın bölgədəki təsirini vurğulayıb.

Qəzzada atəşkəslə bağlı beynəlxalq sammitdə iştirak etmək üçün Misirə səfəri zamanı jurnalistlərə açıqlama verən Tramp "Türkiyə də möhtəşəm idi. Prezident Ərdoğan da eləcə. O, çox hörmətli olduğu üçün həqiqətən faydalı oldu. Onun çox güclü ölkəsi var. Çox, çox güclü ordusu var. Və çox kömək etdi" deyib.

Prezident Tramp həmçinin atəşkəs danışıqlarında rol oynadığını söylədiyi bir neçə ölkənin, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya və İordaniyanın adını çəkib.

“Çox xüsusi” səfərin əvvəlində “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşması ilə bağlı narahatlıqlara əhəmiyyət vermədi"-deyə Tramp qeyd edib.

İsrail ilə Fələstinin müqavimət qrupu HƏMAS arasında münaqişənin sona çatdığına əmin olub-olmadığını soruşduqda Tramp "Müharibə bitdi. Yaxşı? Bunu başa düşürsünüzmü?" deyib.

"Sülhə nail olmaq üçün"

Atəşkəsin davam edib-etməyəcəyi sualına Tramp belə cavab verib: "Düşünürəm ki, davam edəcək. İnsanlar bundan [münaqişədən] beziblər. Əsrlər boyu belə olub".

Məlumata görə, Trampın Yaxın Şərqdəki ilk dayanacağı İsrail olacaq. Prezident Trampın orada israilli hərbi girovların ailələri ilə görüşü və Knessetdə (İsrail parlamenti) çıxış edəcəyi gözlənilir.

Tramp daha sonra Şarm əl-Şeyx Sülh Sammitində dünya liderlərinə qatılmaq üçün Misirin Şarm əl-Şeyxinə gedəcək.

Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisinin həmsədrliyi ilə keçiriləcək sammitin məqsədi “Qəzzada müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni mərhələsinə başlamaq”dır.

Prezident Ərdoğan zirvəyə Sisi və Trampın dəvəti ilə qatılacaq. Bu barədə məlumatı bu gün (13 oktyabr) Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran sosial şəbəkədə bildirib.

Araşdırma
Rusiya Ukraynaya ballistik raketlərlə hücum təşkil edib
Pakistan Baş naziri Şahbaz Şərif Çinə səfər edib
Luqanskda kollec və yataqxanaya təşkil edilən hücumda 4 nəfər ölüb, 35 nəfər yaralanıb
İsrail Suriyanın cənubunda, Dəra yaxınlığındakı əkin sahələrini bombalayıb
Beynəlxalq QHT-lər: Qəzzada humanitar vəziyyət fəlakətli olaraq qalır
Bir gündə 274 alpinistin Everestin zirvəsinə qalxması ilə yeni dünya rekorduna imza atılıb
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 72 mini keçib
Daimi nümayəndə qlobal böhranlarda humanitar hüququn ardıcıl tətbiqinin zəruri olduğunu deyib
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib
Konqoda “Ebola” virusundan ölənlərin sayı 131-ə yüksəlib
Səudiyyə Ərəbistanı İraqdan hava məkanına daxil olan üç PUA-nı zərərsizləşdirdiyini açıqlayıb
ABŞ-də aviaşouda iki qırıcı təyyarə havada toqquşub
İsrail Qəzzada ərzaq paylama məntəqəsini bombalayıb
İsrail İrana hücum etmək üçün İraqda iki gizli hərbi baza qurub
Böyük Britaniya Yaxın Şərqdə yeni PUA əleyhinə müdafiə sistemi yerləşdirib
İsrail ordusu Qəzzada daha iki fələstinlini öldürüb
Tailandda yük qatarı ilə avtobus toqquşub, ölən və yaralananlar var
Sülh ümidləri azalarkən Rusiya Kiyevi raket və pilotsuz uçuş aparatları ilə bombaladı
Hindistanın şimalında güclü fırtına 89 nəfərin ölümünə səbəb olub
Ukrayna rəsmiləri: Paytaxt Kiyev Rusiya qüvvələrinin intensiv hücumu altındadır