TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan Məkkə Müdafiə Sazişini qiymətləndirib
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara, İslamabad və Ər-Riyadın birgə formalaşdırdığı sülh modelinə regionun digər ölkələri də qoşula bilər
Hakan Fidan Məkkə Müdafiə Sazişini qiymətləndirib
Hakan Fidan Məkkə Müdafiə Sazişini qiymətləndirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara, İslamabad və Ər-Riyadın birgə formalaşdırdığı sülh modelinə regionun digər ölkələri də qoşula bilər.

Anadolu Agentliyinin "AA Briefing" jurnalı üçün məqalə yazan Hakan Fidan bu addımın Türkiyənin xarici siyasətində əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Nazir regional problemlərin elə bölgə ölkələri tərəfindən həll edilməli olduğunu vurğulayıb. O, təhlükəsizliyi birgə təmin etmək üçün Pakistan və Səudiyyə Ərəbistanı ilə Məkkə Müdafiə Sazişinin imzalandığını diqqətə çatdırıb. Hakan Fidanın sözlərinə görə, bu alyansın əsas məqsədi təhlükələrin qarşısını almaq və regionda sabitliyi qorumaqdır.

Hakan Fidan Məkkə Müdafiə Alyansının regional sülhün, sabitliyin və inkişafın dəstəklənməsi, eləcə də xarici əlaqələrin institusional bazasının genişləndirilməsi baxımından mühüm addım olduğunu qeyd edib. Nazir həmçinin qlobal idarəetmə sisteminin mürəkkəb bir sınaq dövründən keçdiyini və Yaxın Şərqin bu qlobal problemlərin mərkəzində yer aldığını diqqətə çatdırıb.