TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan CAATSA və S-400 məsələlərini D.Tramp ilə müzakirə edəcək
Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan məlumat verib
Prezident R.T.Ərdoğan CAATSA və S-400 məsələlərini D.Tramp ilə müzakirə edəcək
Prezident R.T.Ərdoğan CAATSA və S-400 məsələlərini D.Tramp ilə müzakirə edəcək / Reuters Archive

Türkiyə Xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilməsi gözlənilən görüş haqqında bəyanat verib. Nazir H.Fidan bildirib ki, ABŞ-nin Türkiyə müdafiə sənayesinə qarşı sanksiyalarının ləğvi və S-400 böhranının həlli istiqamətində fəal iş aparılır.

Sentyabrın 19-da "NTV" kanalına müsahibə verən H.Fidan liderlərin BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutması planlaşdırılan görüşünə toxunub. O, rəsmi Ankara və Vaşinqton rəhbərliyinin bu fikir ayrılığını aradan qaldırmaq məqsədilə "yaradıcı ideyalar" üzərində dayandığını diqqətə çatdırıb.

Hakan Fidan verdiyi açıqlamada deyib: "CAATSA sanksiyaları xüsusilə Müdafiə Sənayemiz üçün ciddi maneədir. Biz bu sanksiyaları ləğv etməyə çalışırıq. Məsələnin yaranmasına səbəb olan S-400 böhranının həlli istiqamətində də bir sıra yaradıcı ideyalar mövcuddur. Bunu qarşılıqlı xoş münasibətlə həyata keçirməyə cəhd edirik. Ümid edirəm ki, bu istiqamətdə müsbət addımlar ata biləcəyik".

Prezident R.T.Ərdoğan və D.Trampın Ankarada baş tutan son görüşünə və sonrakı təmaslara toxunan H.Fidan ABŞ prezidentinin ikitərəfli əlaqələri möhkəmləndirmək və mövcud ixtilafları həll etmək niyyətində olduğunu vurğulayıb.

 

CAATSA nədir?

Açılışı "ABŞ-nin Düşmənlərinə Sanksiyalar Vasitəsilə Müqavimət Göstərmə Haqqında Qanun" olan CAATSA 2017-ci ildə qəbul edilmiş sənəddir. Qanun Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə mühüm əməliyyatlar həyata keçirən tərəflərə sanksiyaların tətbiqini nəzərdə tutur.

Buna əsasən, Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərini alması Vaşinqton rəhbərliyi ilə fikir ayrılığına səbəb olub. Çünki ABŞ bu sistemin F-35 qırıcıları ilə paralel istifadəsinin sözügedən təyyarələrin təhlükəsizliyini riskə atacağını müdafiə edir.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyəni F-35 proqramından çıxarıb. 2020-ci ilin dekabr ayında isə CAATSA sanksiyalarına daxil edilib.

Həmçinin D.Tramp 2026-cı il NATO Sammiti ərəfəsində Ankarada ölkə başçısı R.T.Ərdoğanla keçirəcəyi görüşlərdən əvvəl iyulun 7-də verdiyi bəyanatda sanksiyaları ləğv edəcəyinə söz vermişdi.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Prezident R.T.Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb
Prezident R.T.Ərdoğan “Newsweek” jurnalına müsahibə verib
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları "Baykar" şirkətində təlimləri başa vurublar
Hakan Fidan Pakistan və Səudiyyə Ərəbistanının XİN rəhbərləri ilə görüşüb
Türkiyə hərbi təlim zamanı həyatını itirən hərbçilərlə əlaqədar Qazaxıstana başsağlığı verib