DÜNYA
2 dəqiqə oxuma
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürülüb
Vaşinqtonda naməlum silahlı şəxs Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələyərək öldürüb
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürülüb
/ AA

ABŞ prezidenti Donald Tramp və İsrailin ABŞ-dakı səfiri Vaşinqtondakı Yəhudi Muzeyi yaxınlığında baş verən və İsrail səfirliyinin iki əməkdaşının öldürüldüyü silahlı hücumu sərt şəkildə pisləyiblər. Donald Tramp və İsrailin ABŞ-dakı səfiri hadisəni antisemit zorakılıq aktı kimi qiymətləndiriblər.

"Antisemitizmə əsaslanan bu dəhşətli cinayətlər dərhal dayandırılmalıdır! ABŞ-da nifrətə və radikalizmə yer yoxdur", – deyə Donald Tramp rəsmi "Truth" platformasında etdiyi paylaşımda bildirib.

Donald Tramp həlak olanların ailələrinə başsağlığı verib və baş verən hadisədən dərin kədər hissi keçirdiyini bildirib.

Hücumdan sonra keçirilən mətbuat konfransında çıxış edən İsrailin ABŞ-dakı səfiri Yeçiel Leiter bildirib ki, qurbanlar nişanlanmaq üzrə olan gənc israilli cütlük olub. O, həmçinin qeyd edib ki, Donald Tramp şəxsən baş prokuror Pam Bondi vasitəsilə ona zəng edib və administrasiyasının antisemitizmlə mübarizəyə sadiq qalacağını, bu problemin kökünün kəsilməsi üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.

Leiter İsrail ilə ABŞ arasındakı birliyə toxunaraq deyib:"Birlikdə qorxmayacağıq. Biz birgə dayanacaq və zorakılıqla siyasi qazanc əldə edəcəklərini düşünənləri məğlub edəcəyik."

Hadisəyə münasibət bildirən ABŞ dövlət katibi Marko Rubio isə bunları deyib:
"Bu qorxaqcasına törədilmiş zorakılıq aktıdır. Günahkarlar mütləq ədalət qarşısına çıxarılacaq".

Məlumata görə, hücum Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısındakı səkidə törədilib. Vaşinqton polisi cinayətkarın hücumdan sonra muzey binasına daxil olduğunu və saxlanıldığını təsdiqləyib.

Vaşinqton Polis İdarəsinin rəisi Pamela Smit jurnalistlərə verdiyi açıqlamada deyib:
"Hücumun tək bir şübhəli tərəfindən törədildiyinə inanırıq və həmin şəxs artıq həbs edilib. Hücumdan əvvəl onun muzeyin ətrafında gəzdiyi müşahidə olunub. Daha sonra o, dörd nəfərlik bir qrupa yaxınlaşaraq tapançasını çıxarıb və atəş açıb. Cinayətdən sonra muzeyə daxil olub və təhlükəsizlik əməkdaşları tərəfindən dərhal saxlanılıb."

Polis cinayəti törədən şəxsin 30 yaşlı Elias Rodriqez olduğunu açıqlayıb.

‘‘Qırmızı xətt’’

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Denni Danon Vaşinqtondakı Yəhudi Muzeyində keçirilən tədbir zamanı baş verən silahlı hücuma münasibət bildirərək deyib:
“Bu hücum antisemit terrorizmin açıq təzahürüdür. Diplomatlara və yəhudi icmasına qarşı zorakılıq törətmək qırmızı xətti keçmək deməkdir. Əminik ki, ABŞ-ın səlahiyyətli qurumları bu cinayəti törədənlərə qarşı sərt tədbirlər görəcək. İsrail bütün dünyada öz vətəndaşlarını və nümayəndələrini qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcək.”

Vaşinqton Polis İdarəsinin rəisi Pamela Smit hücumla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, təhlükəsizlik əməkdaşları çərşənbə günü axşam saat 21:00 radələrində muzey yaxınlığında baş verən atışma barədə məlumat aldıqdan sonra dərhal hərəkətə keçiblər.

Hadisə yerinə gələn polis əməkdaşları bir kişi və bir qadını huşsuz vəziyyətdə aşkar ediblər. İlk tibbi müdaxilə cəhdlərinə baxmayaraq, hər iki şəxs hadisə yerində həyatını itirib.

Polis ərazini mühasirəyə alıb və təcili yardım maşınları cümə axşamı səhərədək hadisə yerində fəaliyyətini davam etdirib.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi