SİYASƏT
2 dəqiqə oxuma
Vyetnamda “Bualoy” qasırğasında ölənlərin sayı artır
Şiddətli yağışlar və daşqınlar 19 nəfərin ölümünə, onlarla insanın itkin düşməsinə səbəb olub
Vyetnamda “Bualoy” qasırğasında ölənlərin sayı artır
Vyetnamda “Bualoy” qasırğasında ölənlərin sayı artır / AP

Güclü yağışlar və qasırğa nəticəsində Vyetnamda genişmiqyaslı daşqınlar və torpaq sürüşmələri meydana gəlib. Hadisə nəticəsində ölənlərin sayı 19-a yüksəldib. Həmçinin itkin düşənlərlə bağlı məlumatlar da daxil olub.

Ölkənin Milli Hidrometeorologiya Xidməti açıqlayıb ki, son 24 saat ərzində Vyetnamın bəzi bölgələrində yağıntı 30 santimetri aşıb. Qurum əlavə olaraq güclü yağışların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Uzunmüddətli yağışlar Şonla və Laokay əyalətlərinin şimal dağlıq bölgələrindən başlayaraq Nqean əyalətinin mərkəzi rayonlarına qədər ani daşqınlara və torpaq sürüşmələrinə səbəb olub, yolları bağlayaraq yaşayış məntəqələrini təcrid vəziyyətinə salıb.

Aramsız yağış və güçlü sel şimalda genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə yol açıb. Yenbay əyalətində yerləşən Tao çayı gecə saatlarında fövqəladə vəziyyət həddini aşaraq ətrafdaki evləri su altında qoyub.

 

Onlarla ölən və itkin düşən

Paytaxt Hanoyda bir çox küçələr sular altında qalıb. Rəsmilər çay ətrafı yaşayış məntəqələrində məskunlaşmış sakinləri qabaqlayıcı tədbirlər görməyə çağırıb. Dövlət mediası xəbər verib ki, sentyabrın 30-u etibarilə xilasedicilər, aralarında 8 balıqçının da olduğu 13 nəfəri tapmaq üçün axtarışları davam etdirir.

Xatırladaq ki, “Bualoy” qasırğası bundan əvvəl sentyabrın 26-da başlayaraq Filippinlərdə təxminən 20 nəfərin ölümünə səbəb olmuşdu. Qasırğa sentyabrın 29-u səhər Vyetnam sahillərinə çatıb və bölgəyə xeyli ziyan vurub.

Mütəxəssislərin sözlərinə görə, qlobal istiləşmə bu cür qasırğaların təsirini daha da gücləndirir. Çünki okean sularının isinməsi tropik qasırğalara daha çox təkan verərək şiddətli küləklərə, güclü yağışlara və Şərqi Asiyada yağış normasının dəyişməsinə səbəb olur.

MƏNBƏ:TRT
Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb