DÜNYA
1 dəqiqə oxuma
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
Qəzza Səhiyyə Nazirliyi yaydığı rəsmi açıqlamada 2023-cü ilin oktyabr ayından bəri davam edən hücumlar nəticəsində həlak olanlar və yaralananlarla bağlı son statistikası paylaşıb
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib

Qəzza Səhiyyə Nazirliyi yaydığı rəsmi açıqlamada 2023-cü ilin oktyabr ayından bəri davam edən hücumlar nəticəsində həlak olanlar və yaralananlarla bağlı son statistikası paylaşıb. Nazirliyin yaydığı yazılı açıqlamasında son 24 saat ərzində İsrailin endirdiyi zərbələr nəticəsində həyatını itirən daha 8 nəfərin cəsədinin və yaralanan 17 sakinin Qəzzadakı xəstəxanalara çatdırıldığı bildirilib.

Bildirilib ki, 10 oktyabr 2025-ci il tarixində tərəflər arasında atəşkəs qüvvəyə mindikdən bu yana ümumilikdə 1084 fələstinli həlak olub, 3491 nəfər isə yaralanıb. Bu dövr ərzində dağıntılar altından 799 nəfərin cəsədi çıxarılıb.

Qəzza Səhiyyə Nazirliyinin statistikasında qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar və hücumlar nəticəsində ölənlərin ümumi sayı 73 110 nəfərə, yaralıların sayı isə 173 599 nəfərə çatıb.