SİYASƏT
1 dəqiqə oxuma
İran ABŞ-yə iki seçim təklif etdi
İran Hörmüz boğazının açılması, ABŞ donanmasının blokadanın dayandırılması və İran ilə Livanda müharibənin daimi olaraq bitməsilə bağlı danışıqlar üçün bir aylıq müddət verdi
İran ABŞ-yə iki seçim təklif etdi
Təsvirdə İran və ABŞ bayraqları görünür. / Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, ABŞ prezidenti Donald Tramp İranla "qeyri-mümkün" müharibə və ya "pis razılaşma" arasında seçim etməlidir.

Mayın 3-də "X" platformasında edilən paylaşımda SEPAH-ın kəşfiyyat idarəsi qeyd edib ki, Tehran İran limanlarının blokadasını qaldırması üçün ABŞ ordusuna müddət tanıyıb.

Paylaşımda həmçinin Avropa, Çin və Rusiyanın Vaşinqtona qarşı daha tənqidi mövqe nümayiş etdirdiyi vurğulanıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana hücumlar təşkil etmiş, bu isə Tehranın İsrailə və Körfəzdəki ABŞ müttəfiqlərinə qarşı cavab tədbirləri görməsinə və Hörmüz boğazının bağlanmasına səbəb olmuşdu.

Aprelin 13-dən bəri ABŞ strateji su yolunda İranın dəniz nəqliyyatını hədəf alan dəniz blokadası tətbiq edir.

Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs elan edilib; bunun ardınca aprelin 11-də İslamabadda birbaşa danışıqlar aparılsa da, daimi atəşkəs barədə razılıq əldə olunmayıb.

Daha sonra Tramp Pakistanın tələbi ilə atəşkəs rejimini yeni bir müddət təyin etmədən uzadıb.

İran Hörmüz boğazının açılması, ABŞ-nin dəniz blokadasının dayandırılması və həm İran, həm də Livandakı müharibənin tamamilə bitirilməsi üçün nəzərdə tutulan razılaşma danışıqlarına bir ay vaxt təyin edib.

Rəsmi Tehran çərçivə sazişi üçün yenidən işlənmiş 14 maddəlik təklifini mayın 2-də Vaşinqtona təqdim edib.

Araşdırma
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
İsrail Livana xəbərdarlıq edib
ABŞ miqrant uşaqların deportasiyasını sürətləndirməyi planlaşdırır