SİYASƏT
1 dəqiqə oxuma
İranın yeni ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei oldu
İran mediasının yaydığı məlumata görə, Əli Xamıneinin oğlu Müctəba Xamenei ölkənin yeni ali dini lideri vəzifəsinə təyin olunub
İranın yeni ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei oldu
İranın yeni ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei oldu / AP
2 saat əvvəl

İran mediasının yaydığı məlumata görə, Əli Xamıneinin oğlu Müctəba Xamenei ölkənin yeni ali dini lideri vəzifəsinə təyin olunub. O, ABŞ və İsrailin İrana hücumları zamanı həlak olan atasının xələfi kimi hakimiyyətdəki bir çox nüfuzlu dairələr tərəfindən dəstəklənirdi. İranın rəsmi ideologiyası irsi hakimiyyət prinsipinə qarşı çıxsa da, 56 yaşlı Müctəba Xameneinin həm İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), həm də atasının siyasi çevrəsində güclü tərəfdarları mövcuddur.

Ekspertlər Məclisi tərəfindən yayılan rəsmi bəyanatda bildirilib ki, Müctəba Xamenei nümayəndələrin səsverməsi ilə İran İslam Respublikasının üçüncü ali dini lideri seçilib. Bəyanatda həmçinin vurğulanıb ki, ruhanilər ABŞ və sionist rejimin təcavüzünə baxmayaraq yeni rəhbəri müəyyənləşdirməkdə heç bir tərəddüd etməyiblər.

Qeyd olunur ki, bu təyinat ABŞ Prezidenti Donald Trampın İranın yeni rəhbərliyi ilə bağlı kəskin açıqlamalarından sonraya təsadüf edir.

Tramp ABC News-a müsahibəsində Müctəba Xameneinin vəzifədə qalmasının Vaşinqtonun təsdiqindən asılı olduğunu irəli sürərək deyib: ‘‘Bizim təsdiqimizi almasa, uzun müddət vəzifədə qala bilməz’’.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkədə birliyə çağırış edərək, Müctəbanın hazırkı həssas şəraitdə ölkəni idarə etmək qabiliyyətinə malik olduğunu bildirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu da öz növbəsində yeni liderin əmrlərinə tabe olmağa hazır olduqlarını bəyan ediblər.