SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp V.Putinin müharibəni dayandırmaq niyyətində olmadığını bildirib
ABŞ prezidenti telefon danışığından sonra V.Zelenski ilə görüşməyi planlaşdırır və Rusiyanın sülhə yanaşmadığını deyir
D.Tramp V.Putinin müharibəni dayandırmaq niyyətində olmadığını bildirib
/ Reuters

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə etdiyi telefon danışığından məyusluqla ayrıldığını bildirib. D.Trampın sözlərinə görə, V.Putin Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil.

D.Tramp iyulun 3-dә Ayova ştatından Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamasında deyib: “Bu gün prezident V.Putinlə etdiyim danışıq məni çox məyus etdi. Düşünürəm ki, onun dayanmaq niyyəti yoxdur.”

Putinin köməkçisi Yuri Uşakov mәsәlә ilә bağlı bildirib ki, tәrәflәr arasında təxminən bir saat davam edən telefon görüşü zamanı ABŞ-ın Kiyevə silah tədarükünü dayandırması məsələsi gündəmə gəlməyib. Bundan başqa Rusiya tәrәfi bildirib ki, NATO-nun genişlənməsi və Qərbin Ukraynaya verdiyi dəstək, eləcə də Ukraynanın NATO-ya qoşulmaq niyyəti kimi əsas səbəblər həll edilmədikcə münaqişə dayanmayacaq.

V.Zelenski isə Danimarkada jurnalistlərə açıqlamasında bildirib ki, bu həftə ilk dəfə açıqlanan bəzi silah tədarükünün dayandırılması məsələsini D.Tramp ilə müzakirə etməyi ümid edir.

Vaşinqtondan Ayovaya hərəkət edən Amerika prezidenti D.Tramp jurnalistlərə bilidirib ki, Silah tәdarükü tamamilə dayandırılmayıb. Bundan başqa o, keçmiş prezident Co Baydeni Ukraynaya çoxlu silah göndərməklə ABŞ-ın müdafiəsini zəiflətməkdə ittiham edib.

 

PUA hücumu

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın Kiyev şəhərinә PUA hücumu beş nəfərin ölümünə səbəb olub. Bu hücum, müharibənin gedişində əhəmiyyətli dəyişiklik baş vermədiyini göstərir.

Prezident V.Zelenski isә öz sosial media hesabında Rusiyanın son hücumlarına münasibәt bildirәrәk deyib: “Rusiya bir daha göstərdi ki, müharibəni və terroru dayandırmaq niyyətində deyil.”

Qeyd edәk ki, son həftələrdə Rusiyanın hücumları intensivləşib. AFP məlumat verir ki, Moskva hökümәti iyun ayında Ukraynaya rekord sayda pilotsuz uçuş aparatı və raketlərlə hücum edib. Eyni zamanda, rәsmi Kiyev və Moskva rәhbәrliyi arasında birbaşa sülh danışıqları tamamilə dayanıb.

Ukrayna Xarici İşlər Nazirinin müavini Andrey Sibiqa sosial mediada yazıb: “V.Putin ABŞ-a və müharibəni bitirməyə çağıran hər kəsə qarşı tam bir biganəlik nümayiş etdirir.”

 

Polşadan D.Trampa çağırış

Polşanın Xarici İşlər Naziri D.Trampa Ukraynaya zenit sursatlarının tədarükünü bərpa etməyə çağırıb. Bu çağırış, Rusiyanın hücumu zamanı Kiyevdəki Polşa səfirliyinin konsulluq bölməsinin zərər görməsindən sonra edilib.

Radoslav Sikorski “X” platformasında paylaşımında yazıb: “Prezident D.Tramp Rusiya prezidenti V.Putin sülh səylərinizi məsxərəyə qoyur. Zəhmət olmasa, Ukraynaya zenit sursatlarının tədarükünü yenidən başladın və təcavüzkara qarşı sərt yeni sanksiyalar tətbiq edin.”

MƏNBƏ:TRT Global
Araşdırma
"Vahid Rusiya" partiyası keçirilən deputat seçkilərində rekord nəticə əldə edib
D.Tramp bütün İranı havaya uçurmaqla hədələyib
V.Putin Kiyev rəhbərliyinin danışıqlar aparmaq istəmədiyini bildirib
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"