SİYASƏT
1 dəqiqə oxuma
İsrail ordusu Quneytra kəndlərinə yenidən hücum edib
Törədilən hücum əldə olunan razılaşmaya baxmayaraq baş verib
İsrail ordusu Quneytra kəndlərinə yenidən hücum edib
İsrail ordusu Quneytra kəndlərinə yenidən hücum edib / AA
14 yanvar 2026

İsrail ordusu yanvarın 14-də (bu gün) Suriyanın cənubunda yerləşən Quneytra bölgəsindəki kəndlərə yeni hücum həyata keçirərək ölkə suverenliyinə qarşı növbəti pozuntuya yol verib. Bu barədə məlumatı Suriyanın SANA xəbər agentliyi yayıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən danışıqlardan sonra yayımlanan üçtərəfli bəyanata görə, ayın əvvəlində Suriya ilə İsrail arasında artan hərbi gərginliyin azaldılması və koordinasiyanın asanlaşdırılması məqsədilə ABŞ nəzarəti altında kommunikasiya mexanizminin yaradılması barədə razılaşma əldə olunub.

Buna baxmayaraq, İsrail qüvvələri yenə də Suriyanın ərazilərinə qeyd edilən razılaşmaya zidd olaraq hücum təşkil edib.

İsrail qüvvələri hər gün Suriya ərazisi olan xüsusilə Quneytra kəndlərinə daxil olaraq nəzarət-buraxılış məntəqələri qurmaq, mülki şəxsləri sorğu-sual etmək, saxlamalar aparmaq və əkin sahələrinə ziyan vurmaq kimi hərəkətlər törədir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin süqutundan sonra İsrail 1974-cü ildə imzalanmış iki ölkə arasında əldə olunan sazişi pozaraq tampon zonanı ələ keçirib və Suriyanın Colan təpələrindəki işğalını genişləndirib.

MƏNBƏ:TRT
Araşdırma
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
İsrail Livanın cənubunu bombalayaraq atəşkəsi pozdu
İsrail hökuməti Ramazan ayında Məscidül-Əqsaya girişin məhdudlaşdırılmasını planlaşdırır
İranla nüvə danışıqları davam edərkən, daha bir təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru irəliləyir
Tramp İsrail Prezidentini Baş nazir Netanyahuya əfv qərarı ilə bağlı sərt tənqid edib
Lavrov: "Qrenlandiya hərbiləşdirilərsə, Rusiya hərbi seçimlər də daxil olmaqla tədbirlər görəcək"
Pezeşkian: "İran həddindən artıq tələblərə güzəştə getməyəcək"
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
ABŞ blokuna qoşulan Cənubi Koreya Çin ilə nadir torpaq elementləri üzrə əməkdaşlıq edəcək