DÜNYA
1 dəqiqə oxuma
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri husi üsyançılarının Məkkə şəhəri istiqamətində buraxdığı pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri husi üsyançılarının Məkkə şəhəri istiqamətində buraxdığı pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Koalisiyanın sözçüsü Türki əl-Maliki bildirib ki, husilər tərəfindən buraxılan PUA Məkkənin hava məkanına daxil olmazdan əvvəl məhv edilib.

Zəvvarların təhlükəsizliyinin ölkə üçün "qırmızı xətt" olduğunu vurğulayan Maliki koalisiya qüvvələrinin bu cür hücumlara qarşı bütün zəruri və qətiyyətli tədbirləri görməkdən çəkinməyəcəyini qeyd edib.

Husilər isə ötən gün Səudiyyə Ərəbistanındakı müqəddəs məkanların Yəməndən buraxılan hər hansı bir vasitə ilə hədəf alındığına dair iddiaları təkzib ediblər.