DÜNYA
1 dəqiqə oxuma
Rusiya Ukraynada Xerson istiqamətində müvəqqəti atəşkəs qərarı tətbiq etməyə başlayıb
Müvəqqəti atəşkəs qərarı Oleşki şəhərində humanitar yardım əməliyyatı səbəbindən tətbiq olunur
Rusiya Ukraynada Xerson istiqamətində müvəqqəti atəşkəs qərarı tətbiq etməyə başlayıb
Ayın əvvəlində Kiyev sakinləri Oleşki şəhərindəki humanitar böhrana diqqət çəkmək üçün bir araya gəlmişdilər.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətindəki Oleşki şəhərində humanitar yardım əməliyyatı səbəbindən Xerson istiqamətində müvəqqəti atəşkəsin başladığını bildirib.

Nazirlikdən verilən açıqlamada Oleşki şəhərindəki vəziyyət barədə məlumat verilib.

Açıqlamada deyilib: "Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki yaşayış məntəqəsində humanitar yardım əməliyyatına hazırlıqlar çərçivəsində, Xerson istiqamətində Moskva vaxtı ilə saat 04:00-dan etibarən atəşkəs qərarını tətbiq etməyə başlayıb".

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ötən həftə Xerson vilayətinin Oleşki şəhərində keçiriləcək humanitar əməliyyat səbəbindən 27 oktyabrdan etibarən Xerson istiqamətində müvəqqəti atəşkəs tətbiq olunacağını bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi də oktyabrın 26-da Oleşki şəhəri istiqamətində mina təmizləmə işlərini davam etdirdiklərini açıqlamışdı.