SİYASƏT
2 dəqiqə oxuma
Yohann Vahepul: "Almaniya Türkiyəyə "strateji tərəfdaş" kimi baxır"
Almaniyanın xarici işlər naziri Ankaraya bir günlük rəsmi səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə kritik beynəlxalq və regional məsələlərlə bağlı danışıqlar aparacaq
Yohann Vahepul: "Almaniya Türkiyəyə "strateji tərəfdaş" kimi baxır"
Yohann Vahepul / AP

Almaniyanın xarici işlər naziri Yohan Vadepul Ankaraya rəsmi səfərindən əvvəl verdiyi açıqlamada Almaniyanın Türkiyəyə NATO çərçivəsində "strateji tərəfdaş" kimi baxdığını və xarici siyasət sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib.

Vadepulun Ankaraya bir günlük səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə kritik beynəlxalq və regional məsələlərlə bağlı geniş müzakirələr aparacağı gözlənilir. Danışıqlarda həmçinin ikitərəfli münasibətlər, Aİ-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti, müdafiə sənayesi sahəsində əməkdaşlıq, NATO məsələləri də müzakirə olunacaq.

Berlində jurnalistlərə açıqlama verən Vadepul bəyan edib ki, Ankarada keçiriləcək danışıqlarda Yaxın Şərqdəki hadisələr, Qəzzada atəşkəs, Suriyanın siyasi keçidi, Rusiya-Ukrayna münaqişəsi və digər xarici siyasət məsələləri müzakirə olunacaq.

Yaxın Şərq münaqişəsindən danışan Vadepul ABŞ prezidenti Donald Trampın 20 bəndlik planına əsaslanan Həmas-İsrail atəşkəsinə toxunaraq, “Türkiyə tarixi Qəzza atəşkəsinə vasitəçilik edərək mühüm töhfə verdi” deyib.

Almaniyanın xarici işlər naziri əlavə edib ki, girovların azad edilməsi və atəşkəslə "cəmi bir neçə həftə əvvəl qeyri-mümkün görünən çox şey əldə edilib. Bununla belə, Qəzza xalqı üçün təhlükəsiz və ləyaqətli gələcək qurmaq işi yeni başlayır".

Vadepul, "Biz humanitar təşkilatların ən ağır çətinlikləri yüngülləşdirmək və uzunmüddətli sülh üçün 20 bəndlik planın tam şəkildə həyata keçirilməsini təmin etmək üçün birlikdə çalışırıq" deyib.

Almaniyanın xarici işlər naziri “Türkiyənin NATO alyansı çərçivəsində bizim üçün əsas strateji tərəfdaş olduğunu” vurğulayaraq türk həmkarı ilə danışıqlarda beynəlxalq və regional təhlükəsizlik məsələlərini, Rusiya-Ukrayna münaqişəsindəki son hadisələri də əhatə edəcəyini bildirib.

Alman nazir "Bizim ümumi məqsədimiz bu müharibəni tez zamanda bitirməkdir. Bu məqsədlə Rusiyanın müharibə üçün istifadə etdiyi maliyyə resurslarını daha sürətlə qurutmalıyıq. Montrö Konvensiyasının qoruyucusu kimi Türkiyə də Qara dənizə çıxış üçün birbaşa məsuliyyət daşıyır. İstanbul danışıqlar üçün vacib bir məkandır" deyib.

Qeyd edək ki, Almaniya həmçinin Türkiyənin Avropa İttifaqının müdafiə sənayesinə investisiyaları artırmaq məqsədi daşıyan 150 milyard avroluq (176 milyard dollar) Avropa üçün Təhlükəsizlik Fəaliyyət Proqramında (SAFE) iştirakını dəstəkləyir.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis daha əvvəl Türkiyənin proqrama daxil edilməsini təsdiq etməyəcəyini açıqlasa da, Vadeful Mitsotakisə buna mane olmamaq barədə xəbərdarlıq etmişdi.

SAFE çərçivəsində kredit almaq istəyən ölkələr üçün son tarix noyabrın 30-dur və Mitsotakis daha əvvəl Kopenhagendə Avropa Siyasi Birliyinin (EPC) Zirvə toplantısında Türkiyənin proqrama daxil edilməsini tələb edən Almaniya kansleri Fridrix Merts və NATO-nun Baş katibi Mark Rutte ilə görüşmüşdü.

Araşdırma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"